• Qaraciyərin sağlamlığını qoruyan meyvə

Reseptin məlumatları Baxış sayı: 84

Tarix : 23.05.2019, 14:00

Bölmə : Faydalı bitkilər




Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir.

Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyən bu maddələr enterosorbentlərdir (zəhərli maddələri bir-birinə bağlayaraq aktivləşdirilmiş kömür kimi həcm sistemindən xaric edirlər).

Mütəxəssislər ərik meyvəsinin faydalı olmasını etiraf etsələr də, onun həddən artıq qəbul olunmasını məsləhət görmürlər. Xüsusən hepatitdən əziyyət çəkən insan üçün gündə bir ədəd ərik yetərlidir. Ali kateqoriyalı həkim-terapevt Aleksey Vodovozov deyib: "İş ondadır ki, əriyin tərkibində olan beta-karotin qaraciyərdə parçalanır. Qaraciyər xəstəlikləri olan insanlarda bu, əlavə yüklənmədir".

Lakin zərərli şirniyyatların əvəzinə ərik qəbul edilərsə, bu meyvə birmənalı olaraq sağlamlığı möhkəmləndirir və çəkini aşağı salır. Məsələn, 100 qram şokoladın tərkibində 600 kilokalori olduğu halda, 100 qram əriyin tərkibində cəmi 40 kalori var.

Bir vacib məqamı qeyd etməliyik ki, əriyi yeməzdən əvvəl onu axar suda yaxşıca yumaq lazımdır (meyvənin nahamar qabığı mükəmməl təmizləmə tələb edir).
loading...

Etiketlər: tərkibində, əriyin, qəbul, olaraq, olduğu, zərərli, maddələri, yüklənmədir, əlavə, insanlarda, Lakin, sağlamlığı, birmənalı, edilərsə, əvəzinə, meyvə, şirniyyatların, parçalanır, deyib, Vodovozov
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN