• Günəbaxan tumunun inanılmaz faydaları

Reseptin məlumatları Baxış sayı: 7222

Tarix : 30.05.2015, 21:00

Bölmə : Faydalı bitkilər


Verilişə baxarkən və ya parkda oturarkən həm kişilər, həm də qadınlar günəbaxan tumu çırtlamağı xoşlayırlar. Bir çoxlarının köklüyə səbəb olduğu üçün uzaq durduğu bu çərəz əslində sağlamlığın əsl keşikçisi imiş.

Araşdırmalar günəbaxan tumunun antioksidantlar və minerallar ehtiva etdiyini sübuta yetirib.

Günəbaxan tumu soğan, sarımsaq və brokkoli kimi ürək və xərçəng xəstəliklərindən qorunmağa kömək edir. Xroniki xəstəliklərin bir çoxuna qarşı təsirlidir.

Çox sayda vitamin və mineral ehtiva etdiyi üçün daxili orqanların funksiyalarını daha yaxşı yerinə yetirməsini dəstəkləyir.

30 qram günəbaxan tumu gündəlik E vitamini ehtiyacını qarşılamağa qadirdir.

Mütəxəssislər gün ərzində E vitamini ehtiyacını qarşılayan insanların ürək xəstəliklərinə yaxalanmaq riskinin yarıbayarı azaldığını bildirirlər.

Günəbaxan tumunun faydaları bununla da bitmir. Çünki bu faydalı qida göz sağlamlığının qorunması üçün də olduqca təsirlidir.

Günəbaxan tumunun tərkibindəki selen hüceyrələri qoruyur. 30 qram günəbaxan tumunun tərkibindəki selen kişilərin gündəlik selen ehtiyacının 24 faizini, qadınlarda isə 31 faizini ödəyir.

Günəbaxan tumu xolesterin səviyyəsinin aşağı düşməsinə səbəb olur. Bu qida doymamış yağlar ehtiva edir.

Sağlamlıq üçün çox faydalı olan bu yağlar bədəndə əzələ və toxuma inkişafına, həmçinin mövcud olan əzələlərin qorunmasına kömək edir.

Günəbaxan tumunun tərkibində mis, sink, dəmir və lif də var. Bunlar qırmızı qan hüceyrələrinin çoxalmasını təmin edərək bədənə oksigen daşınmasına, immunitet sisteminin qorunmasına, qan şəkərinin və qan xolesterin tarazlığının gözlənilməsinə və qəbizliyin önlənməsinə dəstək olur.

Etiketlər: Günəbaxan, tumunun, günəbaxan, selen, ehtiva, gündəlik, ehtiyacını, vitamini, yağlar, qorunmasına, tərkibindəki, səbəb, faizini, təsirlidir, faydalı, kömək, xolesterin, doymamış, qadınlarda, aşağı
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
Offline
Totu
Mende xoslayiram
2 may 2016 16:01
3
Offline
ulduz
demek olarki her gun citlayyiram
22 iyul 2015 20:53
2
Hərçənd ki, indiki zamanda heç kəs qızının olmasını arzulamır. Böyük əksəriyyət oğlu olmasının xəyalını qurur, amma düşünmürlər ki, o oğlu da dünyaya gətirən bu günün istəmədikləri qızı, sabahın ANAsıdır.
Offline
emiwka
Cox seviirem
4 iyun 2015 13:58
1
BİZİ İZLƏYİN




Yandex.Metrica