• Böyürtkənin sağlamlıq üçün 7 faydası

Reseptin məlumatları Baxış sayı: 465

Tarix : 8.04.2017, 09:00

Bölmə : Faydalı bitkilər


Böyürtkən çox faydalı və müalicəvi giləmeyvədir. Böyürtkən, onun yarpaqları və kökləri qədim zamanlardan müxtəlif xəstəliklərin müalicəsində geniş istifadə olunur. Böyürtkən bir çox vacib vitaminlər (xüsusilə E, PP, C, B qrupu), minerallar (dəmir, kalium, maqnezium, fosfor), orqanik turşular, pektinlər, antioksidantlar və s. faydalı maddələrlə zəngindir.

1. Böyürtkən soyuqdəymə zamanı çox yaxşı təsir edir - hərarəti salır, ümumi vəziyyəti yüngülləşdirir, iltihabı azaldır, sağalmanı tezləşdirir. Belə hesab olunur ki, böyürtkən iltihabəleyhinə xüsusiyyətlərə görə moruqdan faydalıdır.
2. Böyürtkən damarları təmizləyir, möhkəmləndirir, onları daha elastik və sağlam edir.
3. Böyürtkən sinir sistemi üçün çox faydalıdır - stresi azaldır, beyində qan dövranını yaxşılaşdırır, yaddaşı möhkəmləndirir.
4. Antioksidantlarla olduqca zəngin olan böyürtkən orqanizmdə gedən qocalma prosesləri ləngidir, bir çox xroniki xəstəliklərin və xərçəngin inkişafının qarşısını alır.
5. Böyürtkən immun sistemini möhkəmləndirir.
6. Böyürtkən ürək üçün çox faydalıdır, ürək əzələsini möhkəmləndirir, ödemləri azaldır, arterial təzyiqinin tənzimlənməsinə kömək edir.
7. Böyürtkən sidikqovucu təsirə malikdir. Sidik yolları təmizləyir, iltihabı azaldır.

Etiketlər: Böyürtkən, möhkəmləndirir, azaldır, faydalıdır, iltihabı, olunur, təmizləyir, xəstəliklərin, böyürtkən, faydalı, yaddaşı, yaxşılaşdırır, dövranını, Antioksidantlarla, olduqca, zəngin, beyində, sağlam, onları, damarları
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica