• Pomidor

Reseptin məlumatları Baxış sayı: 1 974

Tarix : 2-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Bütün coğrafi enliklərdə yetişdirilir, qiqant ölçüdən kiçik ölçülərə qədər - böyürtkən boyda, yumru, uzunsov, kəsik, armudvari formalarda, qırmızı, çəhrayı və ya sarı rənglərdə olur.

Tomatoes contain valuable fibers
100 qr pomidor – 19 kkal

Tərkibində dəyərli lif, kalsium, kalium, fosfor və iri miqdarda A, B, C və E vitaminləri var.

Ailə həkimi, şəxsi fitnes
Pomidorun təkcə ürək, böyrəklə bağlı terapevtik effektləri deyil, eləcə də dərini cavanlaşdırma xüsusiyyətləri sübut olunmuşdur.

Kütlələrin sevimlisi
Dünyada ən çox istifadə olunan tərəvəzlərdən biridir. Çiy halda yeyilməsi daha şəfalıdır. Amerika pəhriz mütəxəssislərinə görə, gündəlik bir stəkan pomidor şirəsi sağlamlıq, gözəllik və gənclik qarantıdır. Çəki itirmə pəhrizlərində, diabetin və böyrək xəstəliklərinin müalicəsində tövsiyyə olunur.

Onları yetişmiş halda xoşlayacaqsınız
Dəymiş pomidorların rəngi likopenə görə qırmızı olur. Bu təbii piqmentin anti-skleroz və anti-xərçəng (xüsusilə, prostat xərçəngi) təsirləri var. Sup və ya sous halında daha asan mənimsənilir.

Sevgi alması
Pomidor Avropanı fəth edərkən, afrodiziak hesab olunurdu. Fransızları onu “pomme d`amour” – “sevgi alması” adlandırmışdır.
Etiketlər: pomidor, halda, qırmızı, müalicəsində, xəstəliklərinin, diabetin, böyrək, tövsiyyə, Onları, Dəymiş, xoşlayacaqsınız, yetişmiş, pəhrizlərində, olunur, itirmə, pəhriz, mütəxəssislərinə, Amerika, şəfalıdır, yeyilməsi
BİZİ İZLƏYİN