• Yaşıl noxud

Reseptin məlumatları Baxış sayı: 3 758

Tarix : 6-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Sarmaşan və ya sürünən birillik qabıqlı bitki; yeməkdə yaşıl toxumları istifadə olunur

100 qr yaşıl noxud – 79 kkal
Proteinin, karbohidratların, qida liflərinin, dəmirin, kaliumun, fosforun, sinkin, C vitaminin, B qrupu vitaminlərinin əla mənbəyidir.

Yaxşı forma
Yaşıl noxud xolesterinin səviyyəsini aşağı salır, xərçəng xəstəliyinin qarşısını alır və sümüklərimizə xeyirli təsir göstərir.

Möhkəmləndirir və qoruyur
Uşaqlığımızın sevimli tərəvəzi olan yaşıl noxud, nəinki son dərəcədə dadlıdır, həm də elementlərin unikal kombinasiyasına malikdir. B1, B2, B6 və C vitaminlərilə dəmirin kombinasiyası sayəsində yaşıl noxud yorğunluğu, anemiyanı, öyrənmə problemlərini, immun sisteminin pozuntularını müalicə edir.

Kralların favoriti
Yaşıl noxud qədim zamandan tanınmış tərəvəzlərin qrupuna aiddir. O, Yaxın Şərqdə və Balkanlarda “əhliləşdirilmiş” ilk tərəvəzlərdən biri olmuşdu. Yaşıl noxuddan 16-cı əsrə qədər qurudulmuş toxumlar formasında istifadə edilmiş, sonra isə italyan bağbanlar çiy şəkildə yeməyə yararlı sortları yetişdirmişdi. XVI Lüdovik noxudu çox xoşlamış və onu Versal bağlarında becərmək əmri vermişdi.

Noxud və Prezident
Yaşıl noxud Tomas Cefersonun sevimli tərəvəzlərindən biri idi. Hər il o, bu tərəvəzin ən erkən məhsulu üzrə yarış keçirirdi. Müsabiqənin qalibi iştirakçıların qalan hissəsini dəvət edib elan edərdi ki, noxud yemək üçün hazırdır.

Alimin köməkçisi
Q. Mendel noxud sayəsində genetika qanunlarını kəşf etmişdi.

Konserv bankasında pioner
Yaşıl noxud konserv bankasında qablaşdırılan ilk tərəvəz olmuşdu.
Etiketlər: noxud, Yaşıl, yaşıl, istifadə, dəmirin, olmuşdu, sayəsində, sevimli, bankasında, sortları, yararlı, yeməyə, şəkildə, yetişdirmişdi, becərmək, Lüdovik, bağlarında, vermişdi, xoşlamış, noxudu
BİZİ İZLƏYİN