• Kələm

Reseptin məlumatları Baxış sayı: 2 511

Tarix : 21-06-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Kələm ailəsi 100-dən çox növə malikdir.

100 qr kələm – 31 kkal
Tərkibində fosfor, manqan, mis, kalium, kalsium, dəmir, natrium və A,B,C, E vitaminləri vardır.

Dərman tərəvəzi
Qədim Romada kələm faydalı tərəvəz hesab olunurdu və müxtəlif dəri xəstəlikləri və iltihabını sağaltmaq üçün istifadə olunurdu. Tərkibindəki kükürd kombinasiyası dəriyə, dırnaqlara və saçlara yaxşı təsir edir. Kələmin tərkibində anti-xərçəng maddələri var və qalxanabənzər vəzinin funksiyasına kömək edir. O həmçinin, bədən temperaturunu tənzimləməyə kömək edir. Həzm və tənəffüs sistemlərini də tənzimləməkdə kömək edir. Onun iltihaba qarşı, antiseptik və ağrıkəsici xüsusiyyətləri var.

Turşu kələm
Duzlanmış, turşuya qoyulmuş təzə kələm C vitamininin, fitonsidlər, kalium, dəmir və sinkin dəyərli mənbəyidir.

Kələm ilə arıqlama
Çəki itirmə pəhrizi üçün vitaminlərlə, mineral duzlarla zəngin, kaloriliyi az olan vacib elementdir, eləcə də bir çox pəhrizlərdə kələm əsas inqrediyentdir.
Etiketlər: kələm, kömək, kalium, dəmir, Kələm, olunurdu, xüsusiyyətləri, ağrıkəsici, antiseptik, Duzlanmış, turşuya, qarşı, Turşu, sistemlərini, temperaturunu, bədən, həmçinin, tənzimləməyə, tənəffüs, tənzimləməkdə
BİZİ İZLƏYİN