• Brokkoli

Reseptin məlumatları Baxış sayı: 2 536

Tarix : 5-05-2018, 18:00

Bölmə : Faydalı bitkilər


Kələmçiçəyikimilər fəsiləsinə aid olan birillik bitki, qızılgül adlanan tünd-yaşıl çiçəklər üçün becərilir. Əsasən İngiltərədə, İspaniyada və İtaliyada becərilir.

100q brokkoli – 25 kkal
Tərkibində qida lifləri, kalium, fosfor, kalsium, maqnezium, dəmir, sink, manqan, kükürd, C, B1, B2, B5, B6, PP, E, K vitaminləri və A pro-vitamini var.

Stressiz
Brokkolinin müntəzəm istehlakı stresə qarşı əla bir silahdır.

Vitamin bombası
Brokkoli vitaminlərin və mineralların, xüsusilə də kaliumun, folio turşusunun, dəmirin, beta karotinin və kükürd birləşmələrinin zəngin mənbəyidir – vitamin və mineral bombasıdır. Brokkoli yeməklə biz immun-müdafiə sistemimizi aktivləşdiririk, anemiyanın, infeksiyaların, qara ciyər xəstəliklərinin, xərçəng xəstəliyinin qabağını alırıq. Bütün bunlardan başqa, brokkoli həm də qocalma prosesini yavaşıdır!

Döşlər üçün S.O.S.
Brokkolinin tərkibində döş xərçənginin inkişafını yavaşıda bilən sulforafan adlı birləşmə var. O xərçəng hüceyrələrinin bölünməsini bloklaşdırır və xəstəliyin sonrakı inkişafının qabağını alır.

Brokkoli yoxsa limon?
Brokkolidə C vitaminin miqdarı limondakı ilə eynidir.
Etiketlər: Brokkoli, brokkoli, qabağını, kükürd, Brokkolinin, becərilir, xərçəng, bunlardan, Bütün, alırıq, başqa, qocalma, bombasıdır, prosesini, yeməklə, immun, müdafiə, ciyər, infeksiyaların, aktivləşdiririk
BİZİ İZLƏYİN