• Ərik

Reseptin məlumatları Baxış sayı: 185

Tarix : 12.08.2017, 14:00

Bölmə : Faydalı bitkilər


Ərik qızılgülçiçəklilər (Rosaceae) fəsiləsindən olub,Azərbaycanda çoxdan bəri becərilir.Dərman məqsədilə meyvələrinin toxumlarından,eləcə də ərik ağacının yarpaqlarından daha geniş istifadə edilir.
Ərik ağacının yapışqanı günəş qarşısında qurudulduqda ağ rəng alır.Ərik ağacı yapışqanı suda həll olduğu üçün əczaçılıq təcrübəsində Ərəbistan kitrəsini əvəzedici kimi həb və tablet dərmanlarının tərkibində,eləcə də emulsiyaların hazırlanmasında istifadə olunur.Əriyin meyvələri son dərəcə faydalıdır.Mevələrini yetişən vaxt toplayır,həm təbii,həm də konservləşdirib, yeyinti sənayesində istifadə edirlər.Bundan başqa koserv zavodlarında çox vaxt meyvələrinin tumlarını ayırıb atırlar.Son illərə kimi ərik ağacı meyvələrinin tumları koserv zavodlarının tullantısı hesab olunurdu.Lakin hazırda əriyin toxumlarından əla keyfiyyətli tibb üçün yararlı,badam yağını əvəz edən piyli yağ istehsal olunur.Bu yağdan əzcaçılıqda kamfora yağının hazırlığında istifadə olunur.Ərik ağacının toxumlarında 60%-ə qədər piyli yağ vardır.Bu yağ bütün xassəsilə badam və şaftalı yağlarına oxşayır.Toxumlarında piyli yağdan başqa 25%-ə qədər zülal maddələri və B15 vitamini (panqam turşusu) da vardır.

Ərik ağacının şirin və acı tumlu sortları vardır.Şirin sort ərik tumlarının ləpəsi yeməlidir,faydalıdır.Acı sortunun tumlarında 50-60% piyli yağdan başqa 8,43%-ə qədər amiqdalin qlikozidi olduğu üçün çox zəhərlidir.Odur ki,acı sort ərik ağacının tumlarını yemək olmaz.
Ərik ağacının meyvələri də çox faydalıdır.Meyvələrinin lərt hissəsində bir sıra müalicə əhəmiyyətli maddələr vardır.Bunlardan: karotini,B1 qruplu vitaminləri,pektin və aşı maddələrini,şəkəri (4-5%) üzvi turşuları (alma və limon turşularını) (2,5%),kalsiumu,maqneziumu və fosfat duzlarını göstərmək olar.Ərik ağacının yapışqanı isə uşaqlarda tez-tez baş verən qarın ağrılarında müalicə məqsədilə işlənən emulsiyaların tərkibində emulqator kimi istifadə olunur.Meyvələrindən xalq təbabətində sinəyumşaldıcı və bəlğəmgətirici,tam yetişməmiş meyvələri isə qurdqovucu dərman kimi işlədilir. Tam yetişmiş meyvələri mədənin həzmolma prosesini yaxşılaşdırır,maddələr mübadiləsinə və ürək-damar sisteminin fəaliyyətinə müsbət təsir göstərir.

Ərik yağı
Ərik yağı ərik dənəsindən alınır,tərkibi vitamin və minerallarla zəngindir,həssas və zədələnmiş dərinin,sümük hüceyrələrinin regenerasiyasına kömək edir və gözəl qidalandırır.Möhtəşəm yumşaldır,dərini yumşaq və elastik edir,piy vəzilərinin fəaliyyətini normallaşdırır.Ərik yağı ilə massaj bədənə xoş hisslər verir,dərini cavanlaşdırır,ona sağlam rəng bəxş edir.Ərik yağı sərbəst olaraq istifadə oluna bilər.Quru dəri üçün maska reseptlərində geniş istifadə olunur.Yalnız yeni hazırlanmış yağı maska və massajlarda istifadə etmək məsləhət görülür.Yağın çox açıq,xoş rəngi var.Ərik iyi verir.Bəzən ərik dənəsinin içindəki badamın iyini verir (aromatizator qatılmadığında).
Eləcə də:
-Hamiləlik və kökəlmə zamanı yaranan dəri çatlarını bərpa edir.Tədricən bərpa üçün mütəmadi 1 ay istifadə olunmalıdır.Mümkün olarsa gündə iki dəfə,əsas da gecə yatmazdan öncə mütləq həmin nahiyyəyə masajla yeridilməlidir.
-Saçlar üçün sərbəst və digər yağların tərkibində maska olaraq tətbiq olunarsa,gözəl nəticə əldə etmək olar.Elə ilk istifadədə saçlar parlaq olur,haçalanmış saçların sarımtıl rəngində müvəqqəti (gələn yumayadək) tündləşmə müşahidə olunur.1neçə yumadan sonra da təsiri hiss olunur.Saç diblərindən uclarına qədər yedirin.Saçda saxlama müddəti 45 dəqiqə.Adi qaydada yuyub,durulayın.

Etiketlər: istifadə, olunur, ağacının, meyvələri, piyli, qədər, vardır, yapışqanı, tərkibində, başqa, verir, maska, faydalıdır, yağdan, meyvələrinin, tumlarını, dərini, gözəl, məqsədilə, toxumlarından
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica