• Banan haqqında bilmədiklərimiz

Reseptin məlumatları Baxış sayı: 2 945

Tarix : 21-08-2017, 14:00

Bölmə : Faydalı bitkilər


Banan paxla (Fabaceae) fəsiləsindəndir.O hündür boylu ot bitkisi olub dünyanın bir sıra tropik və subtropik ölkələrində çox qədimdən geniş miqyasda becərilir.Belə ölkələrdən xüsusliə Çini,Cənubi və Mərkəzi Amerikanı,Afrikanı,Hindistanı və Avstraliyanı göstərmək olar.
Bananın bir çox növləri və sortları məşhurdur.Bunlardan: "Qromişel","Finger","Lakatan","Kavendiş","Qırmızı dakkan" və s.dünya ticarətinə çoxdan məlumdur.

Bananın meyvələrindən istifadə olunur.Meyvələri iri dəstə şəklində inkişaf edir.Hər dəstədə 19-a qədər dəstəciklər olur.Hər dəstədə isə 10-15-ə qədər bir birinə sıx surətdə söykənmiş meyvələr yetişir.Hər dəstənin çəkisi 50 kq-a qədərdir.Meyvələrinin üstü qalın qabıqla örtülür.Lakin qabıq hissəsi yeyilmir.Yaxşı yetişmiş banan meyvələrinin lat hissəsi son dərəcə zərif,yumşaq,xoşagələn ətirli dada malikdir.

Tam yetişmiş bananın meyvələrinin tərkibində 20-%ə qədər şəkər,1,2% nişasta,1,4% üzvi turşular,A,B1,B2,C,PP vitaminləri və 0,89% mineral maddələr var.Banan çox qiymətli yeyinti məhsulu olmaqla yanaşı,müalicəvi əhəmiyyətə də malikdir.Belə ki,banan sinir sisteminin möhkəmlənməsinə,ürəyin qüvvətlənməsinə,qanın artmasına,eləcə də mədə bağırsağın normal işləməsinə yaxşı təsir göstərir.
Etiketlər: qədər, hissəsi, meyvələrinin, yetişmiş, banan, dəstədə, Banan, Bananın, malikdir, dərəcə, bananın, yumşaq, tərkibində, xoşagələn, ətirli, zərif, yeyilmir, qalın, Meyvələrinin, qədərdir
BİZİ İZLƏYİN