• Arıqladan darçınlı süd resepti

Reseptin məlumatları Baxış sayı: 4 630

Tarix : 1-06-2017, 21:00

Bölmə : İçkilər

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Arıqlamaq bir çox qadının ortaq arzusudur. Xüsusilə yaz və yay aylarının gəlişi çəkisindən narazı olan xanımları təşvişə salır. Daha incə geyimlərin bədən formanızı aydın şəkildə büruzə verməsi ola bilər ki, sizi də narahat edir. Yay aylarına keçdikcə isə çimərlik mövsümü yaxınlaşacaq. Bu da xanımların ideal bədən quruluşuna sahib olmağı daha çox arzuladığı bir mövsümdür. Elə bunu nəzərə alaraq sizə effektiv arıqlama içkisinin reseptini təqdim edirik.

Tərkibi:
- 1 stəkan az yağlı süd,
- 1 çay qaşığı darçın,
- 1 dənə mixək.

Hazırlanması:
Bütün ərzaqları qarışdırıb istər isti, istərsə də, soyuq şəkildə gecə bir stəkan içirik. Xüsusilə yatmazdan bir neçə saat qabaq içilməsi məsləhətlidir. Əgər mixək yoxdursa, sadəcə darçın və süd içmək də faydalı olacaqdır.

Nuş olsun!
Etiketlər: mixək, darçın, stəkan, bədən, şəkildə, Xüsusilə, yağlı, olsun, qaşığı, olacaqdır, Hazırlanması, faydalı, Tərkibi, arıqlama, effektiv, içkisinin, reseptini, edirik, təqdim, Bütün
BİZİ İZLƏYİN