• ​Mətbəx pilətəsinin təmizlənmə qaydası

Reseptin məlumatları Baxış sayı: 1153

Tarix : 11.12.2017, 22:00

Bölmə : Məsləhətlər


Mətbəxə girdikdə fikrimizi cəlb edən ilk əşya məhz pilətədir. O, mətbəximizin aynasıdır desək, yanılmarıq. Düzgün və vaxtaşırı qulluq etsəniz, pilətəniz öz ilkin görüşünü hələ uzun müddət saxlayaraq işinizə yarayacaq.

Təcrübəsiz evdar xanımlar üçün məsləhətlər
Pilətə təmizliyinin çox vaxt almaması üçün yadınızda saxlayın: istənilən məişət texnikasının kirləndikdə dərhal təmizlənsə, daha az vaxtınızı və gücünüzü alar.
Ona görə də yemək bişirəndən dərhal sonra sobanın üstünü və pilətənin səthini silin. Bu proses sizdən o qədər də çox vaxt almaz, əsas da odur ki, sonradan qartmış yemək hissəciklərini və yanmış yağı əziyyətlə sürtüb təmizləmək gözünüzə durmayacaq.
Bilavasitə pilətənin silinməsindən əvvəl onun texniki xüsusiyyətləri ilə tanış olmağı tövsiyə edilir. Mətbəx pilətələri elektrik və qaz pilətələri kimi növlərə bölünürlər. Onların bişirilmə səthləri də müxtəlif növlərə ayrılır. Minalanmış və şüşə keramika səth növündən başqa, həmçinin paslanmayan polad səthlər də mövcuddur. Aşağıda hazırlandığı materialdan asılı olaraq pilətələrin təmizlənmə qaydaları ilə tanış olacağıq.

Minalanmış mətbəx pilətəsi
Pilətənizin üzəri minalanmış səthlə örtülübsə tərkibində turşular olan təmizləyici vasitələr və yaxud da abraziv maddələr olan hər hansı bir təmizləyici tozlardan uzaq durun, belə ki, onlar pilətənin minasına zərər vuracaq və nəticədə texnikanızın istifadə müddəti iki dəfə azalacaq.
Minalanmış səthi təmizləyərkən metal süngərlərdən istifadə etməyin. Minanın üzərindən köhnəlmiş ləkələri aparmaq üçün onun üstünə yuyucu vasitəni tökmək, sonra isə qida folqası ilə silmək olar.
Minalı pilətəni silmək üçün əlçatan vasitələrdən biri adi suda həll olunmuş yuyucu tozdur, lakin səthin üzərinə tozcuqlar düşməməlidir. Pilətəni və sobanın üstünü təmizləmək üçün su və qabyuyan vasitə ilə qarışdırılmış sodadan da istifadə etmək olar. Bu məhlulun tətbiqindən sonra texnikanızı əvvəl adi su ilə, sonra isə təmizləyici salfetlə silin.

Şüşə keramika səthli pilətələr
Şüşə keramika səthli pilətələri yalnız tam soyuduqdan sonra təmizləmək olar. Pilətədən yanmış yemək hissəciklərini təmizləmək üçün xüsusi ərsinlərdən istifadə etmək olar. Bütün kirləri çıxardıqdan sonra pilətəni yumşaq quru salfetlə silin. Şüşə keramika səthli pilətələrin təmizlənməsində əsas məqam odur ki, sabun tərkibli yuyucu vasitələr səthin üzərinə düşməməlidirlər. Hətta az miqdarda sabunlu məhlul səthə düşərsə, qızdırılma zamanı yanacaq və səthin rəngi solacaq.

Paslanmayan poladdan hazırlanmış mətbəx pilətələri
Paslanmayan poladdan olan səthləri təmizləmək üçün gellərdən və kremlərdən istifadə etmək olar. Toza oxşar vasitələr səthin üzərində cızıqlar və çatlar saxlayacaq və sonradan bu boşluqlara yağ və digər maddələr dolacaq. Təmizlənmə prosesinin özü çox vaxt almır, burada əsas məsələ odur ki, parıldatmaya xüsusi diqqət ayrılmalıdır. Parıldatmanı xüsusi yağla və mikrofibradan olan salfetlərlə etmək lazımdır. Parıldatma vasitələri məişət malları satılan dükanlardan əldə etmək olar.
Pilətənin təmizləyən zaman onun qıraqlarını da unutmayın. Mətbəx pilətəsinin ideal təmiz saxlanılması hər bir evdar xanımın vəzifəsidir. Bu cür pilətələrdə hazırlanan ləziz yeməkləriniz isə daha da dadlı və faydalı olacaq.

Etiketlər: sonra, istifadə, təmizləmək, etmək, pilətələri, keramika, səthin, pilətənin, yemək, Minalanmış, səthli, silin, xüsusi, yuyucu, təmizləyici, vasitələr, yanmış, silmək, hissəciklərini, sonradan
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica