• Bu yağ zeytun yağından da faydalıdır! UNİKAL MƏHSUL

Reseptin məlumatları Baxış sayı: 2 233

Tarix : 28-04-2018, 10:00

Bölmə : Məsləhətlər


Yağlı turşular və təbii antioksidantlarla zəngin olan xardal yağı unikal müalicəvi məhsuldur.
Xardal yağı ürəyin sağlamlığını qoruyur, "pis" xolesterolun səviyyəsini aşağı salır, "yaxşı" xolesterolun səviyyəsini qaldırır.
Araşdırmalar göstərib ki, xardal yağı işemiya xəstəliyinin riskini 70%-ə qədər azaldır. Həmçinin bu yağ hipertoniyanın riskini azaldır və qan dövranına müsbət təsir edir. Bu səbəbdən kardioloqlar ürək xəstəlikləri olan və bu xəstəliklərdən özünü qorumaq istəyən insanlara xardal yağını qidalanmaya daxil etməyi tövsiyə edirlər. Yağı digər bitki yağları kimi istifadə etmək olar - qidalara, salatlara əlavə etmək və s.
Xardal yağı dərini qocalmaqdan qoruyan E vitamini ilə zəngindir, onun tərkibində A vitamini, dəmir, kalsium, maqnezium kimi vacib minerallar da var.
Etiketlər: xardal, xolesterolun, səviyyəsini, azaldır, etmək, riskini, vitamini, Xardal, digər, insanlara, istəyən, bitki, qorumaq, yağını, qidalanmaya, yağları, daxil, tövsiyə, edirlər, etməyi
BİZİ İZLƏYİN