• Ən dadlı qarpızı seçməyin 5 ÜSULU

Reseptin məlumatları Baxış sayı: 267

Tarix : 9.04.2018, 20:00

Bölmə : Məsləhətlər


Bir çoxumuz qarpız seçərkən bir neçə şillə vurmaqla kifayətlənirik. Əslində isə diqqət etməli oldğumuz daha vacib məqamlar var.

1. Alacağınız qarpızın dib hissəsinin ağ olmamasına diqqət edin. Çünki qarpızın dib hissəsinin rəngi nə qədər sarıya yaxın olarsa o qədər şirin olur.
2. Qəhvəyi xallı və cizgili qarpızları qaçırmayın!
Qarpızın qabığındakı qəhvəyi ləkələr və cizgilər qarpız böyüyərkən çiçəyinin arılar tərəfindən çox ziyarət edildiyini göstərir. Tozlaşma deyilən bu təbii hadisə nə qədər çox olursa qarpız o qədər şirin olur.
3. İncə, uzun olan qarpızlar bol sulu, yumru olanlar isə şirin olur.
4. Qarpızın dadlı olması üçün böyük və ya kiçikliyi vacib deyil. Əsas odur ki, qarpızı əlinizə aldığınızda ağırlıq hiss etməlisiniz. Çünki yüngül qarpızın kal çıxma ehtimalı çox olur.
5. Əgər qarpızın saplağının rəngi tünddürsə bu qarpızın yetkin olduğunu göstərir. Əgər sapın rəngi sarıdırsa qarpızın yaxın zamanlarda toplandığını və yetkin olmadığını bildirir.

Etiketlər: qarpızın, qədər, rəngi, şirin, qarpız, hissəsinin, Çünki, göstərir, Qarpızın, yetkin, yaxın, vacib, diqqət, kiçikliyi, böyük, qarpızı, olmadığını, olması, deyil, olanlar
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica