• Mətbəxdə 4 vacib sirr

Reseptin məlumatları Baxış sayı: 2 020

Tarix : 25-10-2018, 20:00

Bölmə : Məsləhətlər


Yəqin fikir vermisinizki, gənc xanımlardan fərqli olaraq, təcrübəli evdar qadınlar çox asanlıqla qonaqlıq süfrələri təşkil edə, tez bir zamanda yeməklər hazırlaya və mətbəxi səliqəyə sala bilirlər. Bunun yalnız bir sirri var: təcrübə və mətbəx işinə yiyələnmək! Əslində siz də bu vacib sirləri bilsəniz, işinizin necə asan və tez bitdiyini görəcəksiniz. Onlardan 4-nü təqdim edirik.

Soğanı sürətli doğramaq
Soğan yumrudur, onu sürətlə doğramaq asan deyil. Ancaq siz onu soyan zaman “quyruqlarını” saxlayın. Belə halda onu tez bir zamanda doğramaq olacaq (quyruqlarından tutuaraq). Sonra isə həmin quyruqları kəsib atacaqsınız. Vəssəlam!

Vineqreti daha da dadlı etmək üçün...
Bakıda elə ailə varmı ki, ildə bir dəfə də olsun vineqret hazırlamasın? Əlbəttə ki, yox! Amma bu kiçik sirri bilməklə sizin vineqrediniz daha dadlı və fərqli olacaq. Belə ki, salata 1 x.q. süd və 1 ç.q. şəkər tozu əlavə edərək, nəfis dad əldə etmiş olacaqsınız. O zaman salat həm də yumşaq olacaq.

Kələm rəngini saxlasın deyə...
Əgər siz kələmdən tez-tez müxtəlif yeməklər bişirirsinizsə, bunu bilməyiniz lazımdır. Kələmi doğrayırıq, onu qaynar suya tökürük. Sonra qaynar sudan çıxarıb 1 dəqiqə soyuq suda saxlayırıq. Sudan çıxarıb sıxırıq və tavada pörtlədirik. Bu sadə üsuldan sonra kələm heç vaxt qəhvəyi olmayacaq.

Sousda şərabı bununla əvəz edin
Tərkibində şərab olan sonsuz sayda dadlı souslar var. Amma bəziləri sousun tərkibində şərab olmasını istəmir. Bəs sousdakı şərabi nə ilə əvəz edək ki, dadında fərq olmasın? Cavab çox sadədir: sadəcə 2 qəndi azca sirkədə həll edirik və sousa tökürük. Sirkə ağ şərabı əvəz edəcək. Belə souslar ət və balıq yeməkləri ilə əla gedəcək.

süfrem.az
Etiketlər: doğramaq, dadlı, olacaq, şərabı, souslar, sirri, şərab, çıxarıb, qaynar, Sonra, tökürük, yeməklər, zaman, edirik, fərqli, zamanda, yeməkləri, balıq, Kələmi, lazımdır
BİZİ İZLƏYİN