• Yeməyiniz çox duzlu alınıbsa, o zaman...

Reseptin məlumatları Baxış sayı: 2 241

Tarix : 13-11-2018, 20:00

Bölmə : Məsləhətlər


Çiy tərəvəzləri plastik lövhələrdə doğramaq məsləhətdir. Çünki taxta lövhələr tərəvəzin bütün suyunu özünə çəkir.

Yeməyin duzu çox olduğu zaman qazana bir neçə dilim çiy kartof atsanız, duzu özünə çəkəcək.

Sarımsaqları hər vaxt əlinizin altında hazır saxlamaq istəyirsinizsə, qabıqlarını soyduqdan sonra bir qaba doldurub üzərinə zeytun yağı tökərək təzə saxlaya bilərsiniz.

Hazırladığınız pomidor sousu çox turş alınıbsa, içərisinə bir ədəd kök rəndələyin. Kök sousunuza xüsusi şirinlik qatacaq.

Təravətini itirmiş göyərtini 2-3 çay qaşığı sirkə tökülmüş suda saxladıqda yenidən təzələnir. Həmçinin, təmizlənmiş və yuyulmuş göyərtini folqa kağızına büküb, soyuducunun dondurucusuna qoysanız, 2-3 ay öz dadını və ətrini saxlayacaq.

süfrem.az
Etiketlər: özünə, göyərtini, şirinlik, qatacaq, itirmiş, qaşığı, xüsusi, Təravətini, sousunuza, pomidor, Hazırladığınız, bilərsiniz, sousu, alınıbsa, rəndələyin, içərisinə, sirkə, saxladıqda, dondurucusuna, soyuducunun
BİZİ İZLƏYİN