• Toyuq ətini yuyaq, ya yumayaq?

Reseptin məlumatları Baxış sayı: 1 857

Tarix : 7-12-2018, 20:00

Bölmə : Məsləhətlər


Alimlər deyir ki, toyuq ətini bişirməzdən əvvəl yumaq təhlükəlidir.
Böyük Britaniyanın Qida Standartları Agentliyi xəbərdarlıq edir ki, əhalinin toyuq ətini alıb bişirməzdən əvvəl yuması təhlükəlidir. Bu, kampilobakteriyaların yaranmasına və bir sıra ağır qida zəhərlənmələrinə gətirib çıxarır.
Kampilobakteriyalar çiy toyuq ətinin su ilə təmasından çoxalır və bu bakteriyalar toyuğu yuyan insanın əllərinə, paltarına keçir.

Zəif immuniteti olanlar üçün bu bakteriyalar xüsusilə fəsadlıdır. Bu bakteriyalar kəskin bağırsaq infeksiyaları yaradır, sepsisi oyadır və reaktiv artritləri aktivləşdirir.
Bu günə kimi Kampilobakteriozun profilaktikası üçün sistem yaradılmayıb və hər gün toyuq əti alıb yeyən insanlar üçün bu real təhlükə mənbəyidir.

Peterburqlu həkim Anatoliy İqnatyev də dolayısı bu nəticəni təsdiqləyib: “Çiy toyuq və hissələri təbii halında istər-istəməz kampilobakteriyalarla çirklənmiş olur. Bu bakteriyalar ağır bağırsaq pozulmaları və infeksiyalarına yol açır. Amma isti suda qaynayan kimi onlar məhv olur. Əgər toyuq ətini çiy halda kranın altında soyuq su ilə yusanız, bu bakteriyalar ətrafa və insana sıçrayır, çoxalır”.

İngilislər isə deyir ki, əgər toyuğu yumusunuzsa, onda əlinizi, mətbəxi, qabları sonradan yuyucu vasitələrlə diqqətlə yumaq lazımdır. Amma ən rahatı toyuğu yumamaqdır. Bu nəinki toyuğa, digər ət məhsullarına da aiddir.
Bəs nə edək? Dədə-baba adəti ilə toyuğu birbaşa qaynar suya salıb qaynatmaq: həm yuyular, həm bakteriyaları məhv olar. Sonra gotürüb bişirək!

süfrem.az
Etiketlər: toyuq, bakteriyalar, toyuğu, ətini, təhlükəlidir, yumaq, bağırsaq, bişirməzdən, əvvəl, deyir, yusanız, altında, soyuq, ətrafa, insana, yumusunuzsa, kranın, İngilislər, çoxalır”, sıçrayır
BİZİ İZLƏYİN