• Azərbaycan plovunun bilmədiyiniz növləri...

Reseptin məlumatları Baxış sayı: 18 544

Tarix : 21-12-2018, 20:00

Bölmə : Məsləhətlər


Müzəffər plov, Kabuni plov, mərzə plov, xaş plov, hilli plov, çilə plov, mərcankök plov və daha nələr…
Aranızda bu plovları bilməyənlər, dadmayanlar çoxdur. Plovlarımızı tanıyaq!

XV əsrdə II Sultan Muradın baş aşpazı olmuş Şirvani azərbaycanlı idi. Onun Kulinariya kitabında toyuq, badam, zəfəran və şəkərlə hazırlanmış “Müzəffər” plov, ət və noxudla bişirilən Kabuni plovun adı və tərifi verilib.

XVII əsr türk səyyahı Övliya Çələbi yazır: Süfrəyə 11 adda plov qoyuldu: mərzə plov, müzəffər plov, əzvaylı plov, mərcankök plov, xaş plov, çilə plov, hilli plov, kəsə plov, düzey plov, qızardılmış tərəvəzlə düyü və hərisə.

1858-ci ildə Azərbaycanda olmuş aşpaz və yazıçı ata Düma Şamaxıda verilən süfrə barədə belə deyib: “Xörəklərin ən əlası yanında nardança və yağ olan beçə ətindən Turşulu-döşəməli plov idi”.
Həmin dövrdə varlı və hörmətli adamlar plovun yanında əlavə kimi badam, mixək, darçınla doldurulmuş badımcan və turşuya qoyulmuş sarımsaq verirdilər.

Kasıb plovu isə mərcimək plov idi. Düyü əvəzinə mərci süzülüb dəmə qoyulur. Sonra qoyun əti bişirilir, yağı balla qaynadıb bu plovun üzərinə tökürlər.

Tahir Əmiraslanovun Plov haqqında dastanından

süfrem.az
Etiketlər: plovun, olmuş, yanında, mərcankök, badam, mərzə, Kabuni, hilli, dövrdə, Həmin, varlı, əlavə, darçınla, mixək, döşəməli, adamlar, hörmətli, nardança, süfrə, verilən
BİZİ İZLƏYİN