• Bayram yumurtalarının boyadılması və bəzədilməsi

Reseptin məlumatları Baxış sayı: 356

Tarix : 10.03.2018, 22:30

Bölmə : Məsləhətlər

Novruz bayramında milli adətlərimizdən biri də, yumurta boyamaqdır. Bəzədilmiş yumurta, qədim mədəniyyətləri olan xalqların mərasimlərində dünyanın yenidən canlanmasının rəmzi kimi xarakterizə edilərdi. Bayram süfrəmizi şəkərbura, paxlava ilə bərabər rənglənmiş yumurtalar da bəzəyir. Bu da canlı aləmin yenidən oyanışına işarədir. Yumurta adətən qırmızı rənglə boyanır. Qırmızı rəng isə bəşəriyyətin şadyanalıq içində yaşamaq istəyinin təcəssümüdür. Bu gün sizə bayram yumurtalarının bir neçə formada rənglənməsini göstərəcəyik.

Yumurtaları boyamaq və bəzəmək üçün bizə lazım olacaq:
istədiyiniz sayda yumurta
müxtəlif rənglərdə qida boyası
Təbii boyalar (nar, çuğundur, ispanaq, qırmızı soğan qabığı suyu)
zər, müxtəlif rəngli lentlər, yapışqan qaşlar və s.
Boyanma və bəzədilmə qaydası:
İstədiyiniz qədər yumurtaları 10 dəqiqə ərzində qaynadın. Bişmiş yumurtaları, içinə soyuq su doldurulmuş qazana yerləşdirin. Soyuyan yumurtaları sudan çıxardıb qurulayaraq kənara qoyun. Zolaqlı və ziq-zaqlı naxışlar etmək üçün, yumurtanın üzərinə müəyyən aralıqlarla lentlər yapışdırın. Hər bir rəng üçün yumurtanı sulu boya qarışığına salıb çıxardın.Rənglədigdən sonra bir salfet köməyi ilə qurulayaraq quruması üçün kənara qoyun.Quruduqdan sonra lentləri çıxarın. Yumurtanı hansı rəngə boyamaq istəsəniz o rəngi verən tərəvəzi ya da meyvəni bir qaba su qoyaraq 15-20 dəqiqə qaynadın.

Həmçinin müxtəlif rəngli xüsusi qələmlərin köməyi ilə yumurtaların üzərinə naxışlar çəkə, yapışqan qaşlarla bəzəyə bilərsiniz. Eləcə də, satışda olan müxtəlif yumurta üzlüklərini bişmiş isti yumurtanın üzərinə keçirmək olar. Əziz dostlar təqdim edəcəyimiz şəkillər fantaziya gücünüzün zənginləşməsinə xidmət edəcək.

Novruz süfrələrinizdən bir- birindən ləzzətli təamlarla birlikdə, bəzəkli yumurtalar, həmçinin bayram əhval-ruhiyyəsi heç zaman əskik olmasın.

Bayram yumurtalarının boyadılması və bəzədilməsi

Etiketlər: müxtəlif, yumurta, üzərinə, yumurtaları, lentlər, yapışqan, rəngli, boyamaq, qırmızı, bayram, dəqiqə, qurulayaraq, yumurtanın, sonra, köməyi, naxışlar, qoyun, yumurtalar, kənara, Novruz
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN

Yandex.Metrica