• Lobster, xərçəng, osminoq, krivetka yemək olarmı?

Reseptin məlumatları Baxış sayı: 14 473

Tarix : 12-07-2018, 23:30

Bölmə : Məsləhətlər


Lobster (rus -Omarı), dəniz sədəfləri və ya osminoq yemək olarmı? Əgər haramdırsa nə üçün onlar ticarətdə satılır?
Lobster, dəniz sədəfləri və osminoq yemək haramdır. Dini mənbələrə əsasən, əti halal və haram hesab edilən heyvanlar haqqında ümumi qanun və müxtəlif meyarlar var. Misal üçün, quruda yaşayan heyvanar üçün xüsusi qanunlar var, suda yaşayan heyvanlar üçün isə ayrı qanunlar var. Quşlar üçün də müxtəlif qanunlar qeyd edilmişdir.
Suda yaşayan heyvanların ətinin yeyilməsinin halal olmasının meyarı onların pullu olmasındadır.
Məhəmməd ibn Müslimin İmam Məhəmməd Baqirdən soruşur: Bizim üçün pulcuğu olmayan bir balığ gətiriblər. İmam buyurdu: "Pulu olan hər bir balığı ye, pulu olmayanını isə yemə." (Şeyx Hürr Amili, "Vəsailuş-şiə", c.16, s.397, 398, rəvayət 1, bab 8, "Əbvabul-ətimətil-muhərrəməh") "Qişr" dedikdə məqsəd pulcuq deyilən qatdır ki, rəvayətdə gəlmişdir. (Həmin, rəvayət 3 və 7)

Təqlid müctəhidləri bu rəvayətlərdən istifadə edərək, suda yaşayan heyvanların ətinin yeyilib-yeyilməməsi barədə hökmlər çıxarırlar. Onların nəzəri budur ki, əldə olunan rəvayətlər pulu olmayan su heyvanlarından başqa bir su heyvanının ətinin yeyilməməsi (haram olması) nəticəsini verməkdədir.
Əlbəttə, krivet bu ümumi qaydadan istisna hesab edilmişdir. Krivetin yeyilməsi (halal olması) barədə əlimizdə rəvayət var. Belə ki, rəvayətdə buyurulur: "Onun yeyilməsinin problemi (işkalı) yoxdur və krivet balıq növündəndir." ("Vəsailuş-şiə", s.408, rəvayət 5 və 12, "Kitabul-ətimətil-muhərrəməh")
Krivet növ və cinsinə görə pulcuqlu deyil, lakin hökmü nəzərdən pulcuqlu balığın hökmündədir və onu yeməyin bir problemi yoxdur. ("Vəsailuş-şiə"nin haşiyəsi, s.408)
Xərçəngin yeyilməsinin haram olması barədə əlimizdə xüsusi rəvayət vardır: "Cirri (ilanbalığı, balıq növü), tısbağa və xərçəng yemək haramdır." ("Vəsailuş-şiə", c.24, s.146, "Kitabul-ətiməti vəl-əşribəh" bab 16, c.1) Buna əsasən, omar (xərçəng), osminoq və s. ümumi qanun daxilinə salınır. Belə isə, bir şeyin haram olması onun alqı-satqısı və ya ovuna təsir göstərə bilərmi? Cavab verərik ki, xeyr, etmir. Çünki haram bir şeyin yeyilib-içilməsi bir məsələ, onun alqı-satqısı başqa bir məsələdir. O qədər şey var ki, onun yeyilib-içilməsi haram, lakin alqı-satqısının problemi yoxdur. Misal üçün, qan. Onun yeyilməsi haramdır, lakin başqasına faydalı olduğu təqdirdə alqı-satqısı icazəlidir. Buna əsasən, omar, dəniz sədəfi və s.nin alqı-satqısı yeyib-içmək üçün olmadığı, lakin digər məntiqi faydası olduğu təqdirdə alqı-satqısı icazəlidir.
Etiketlər: haram, rəvayət, satqısı, lakin, Vəsailuş, yaşayan, olması, dəniz, barədə, yeyilib, qanunlar, ümumi, halal, əsasən, problemi, yemək, osminoq, yeyilməsinin, yoxdur, haramdır
BİZİ İZLƏYİN