• Dadlı qayğanağın bişirilmə qaydası

Reseptin məlumatları Baxış sayı: 1 972

Tarix : 13-05-2019, 10:00

Bölmə : Məsləhətlər


Hətta ən sadə yeməkləri əsl sənət əsərinə çevirmək olar. Yetər ki, düzgün hazırlanma qaydalarına əməl edək.

Məşhur italyan aşpazları sadə qayğanağı dadlı bişirməklə bağlı bir neçə sirrin üstün açıblar.

Məlum olub ki, ideal qayğanağa bişən müddətdə 2 çay qaşığı su əlavə etmək lazımdır. Özü də suyu yumurtanın ağı tavada yayılan vaxt əlavə etməliyik.

Bundan başqa qayğanağın yumurtasını deyil, öncə tavada isitdiyimiz yağını duzlamalıyıq.

Unutmaq lazım deyil ki, istənilən yeməyi ləzzətli edən ərzaqların keyfiyyətidir. Əgər bişirdiyiniz yumurtanın ağı birazca şişmiş, sarısı isə zərif və parlaq sarı rəngdə deyilsə, bilin ki, yumurtaların saxlanma müddəti keçib.
Etiketlər: yumurtanın, deyil, əlavə, tavada, lazım, Unutmaq, istənilən, yeməyi, ərzaqların, ləzzətli, duzlamalıyıq, yağını, qayğanağın, başqa, yumurtasını, yeməkləri, isitdiyimiz, keyfiyyətidir, bişirdiyiniz, yumurtaların
BİZİ İZLƏYİN