• Sarımsaq iyini necə yox etmək olar?

Reseptin məlumatları Baxış sayı: 16 657

Tarix : 25-07-2015, 14:00

Bölmə : Məsləhətlər


Sarımsaqlı yeməkləri yəqin ki, çoxlarımız sevirik. Lakin bəzən onu qoxusuna görə yeməkdən çəkinirik. Yedikdən sonra isə ən birinci çıxış yolu kimi saqqıza əl atırıq. Amma nə qədər saqqız çeynəsək də, bu, qoxunu tamamilə aradan qaldırmağa bəs etmir. Əgər sarımsaqlı yemək yedikdən sonra ağzınızdan qoxu gəlmədiyinə əmin olmaq istəyirsinizsə, bu məsləhətlərə əməl edə bilərsiniz:

1. Limonun köməyi ilə bu qoxunu aradan qaldırmaq olar. 2-3 dilim turş limon yeməyiniz sizə yardımçı olacaq. Limonu yedikdən sonra dişlərinizi yuyub rahat ola bilərsiz.

2. Əgər təzyiqiniz ucbatından limondan istifadə edə bilmirsinizsə, bu zaman sizə quru çay kömək edəcək. Bir ovuc quru çayı ağzınızda uzun müddət çeynəyin. Dadı pis olduğundan bu, sizə çətin gələcək. Amma neyləmək olar, məcbursunuz.

3. Bu vasitə yəqin ki, hamınıza tanışdır - ağız yaxalayıcıları. Onların köməyi ilə də bu qoxunu yox edə bilərsiniz.

Mən həmişə limon yeyirəm. Sonra dişlərimi yuyuram və saqqız çeynəyirəm. Köməyi olur, sınaya bilərsiniz!
Etiketlər: bilərsiniz, qoxunu, sonra, saqqız, yedikdən, köməyi, aradan, limon, yəqin, edəcək, kömək, müddət, olduğundan, çeynəyin, zaman, bilmirsinizsə, bilərsiz, rahat, yuyub
BİZİ İZLƏYİN