• Əriniz daha “Bu, nə plovdur?!” deməyəcək

Reseptin məlumatları Baxış sayı: 13 317

Tarix : 20-01-2017, 15:00

Bölmə : Məsləhətlər


Soyuq qış günündə buxarıda yanan od qədər bizə başqa nə yaxşı əhval verə bilər? Təbii ki, odunun pis qoxusu yoxdursa, bu ləzzəti ala bilərik. Qoxu olmasın deyə buxarının içinə odunla bərabər bir neçə limon qabığı da atın.

Mərmərdəki ləkələri təmizləmək bir az çətin işdir. Bunu asan şəkildə etmək üçün limonu iki yerə bölüb duza batırdıqdan sonra ləkə olan yerə sürtmək lazımdır.

Evinizdə təbii havatəmizləyici istəyirsinizsə, o zaman xüsusən soyuq qış günlərində yanan qaz sobasının üstünə bir qazanda su qoyun. İçinə də limon qabıqları, istəsəniz, bir az da darçın tökün. Su qaynadıqca ətrafa yayılan xoş ətir sizi valeh edəcək.

Bürünc, mis və paslanmaz əşyalarınızı da rahat təmizləyə bilərsiniz. Belə ki, limon suyu və duzla qarışdırdığınız məhlulu qaralmış yerlərə çəkin. 5 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyub qurulayın.

Plov bişirərkən düyünün bir-birinə yapışmaması üçün çox çalışırsınız? Bunun ən asan yolu düyünü qaynadanda suyuna bir çay qaşığı limon suyu tökməkdir.

Soyuducudan gələn qoxular sizi narahat edir. Əgər soyuducunuzdan köhnəlmiş məhsulları boşaltdıqdan sonra da qoxu gəlirsə, onda bir pambığı limon suyuna batırıb ora qoyun. Bununla da qoxunun yox olduğunun şahidi olacaqsınız.
Mətbəxtdə işlətdiyiniz taxtanın üstündə sarımsaq, balıq, ət və ya fərqli məhsullar doğrayırsınız. Onun qoxusunu yox etmək üçün limonun kəsik tərəfini taxtaya sürtün. Qoxu tez bir zamanda yox olacaq.

Qarışqaları yox etməyin ən asan yolu: heç bir kimyəvi vasitədən istifadə etmədən yalnız limon suyu ilə bunu aradan qaldırın. Belə ki, qapı və pəncərə kənarlarına, qarışqa yuvalarına bir az limon suyu tökməyiniz onların yox olmasına gətirib çıxarır.

Ev xanımlarını ən çox düşündürən problem tarakanları yox etməkdir. 4 limonun suyunu qabıqları ilə birlikdə 2 litr su ilə qarışdırın və döşəməni silin. Bu, həmçinin birələri də məhv etmək üçün əla vasitədir.

Mikrodalğalı sobanızı təmizləməkdən ötrü çox əziyyət çəkmək lazım deyil. Bunun üçün heç yuyucu vasitələrə də ehtiyac yoxdur. Sadəcə 300 ml suya 3 yemək qaşığı limon suyunu əlavə edib sobanın içinə qoyun. Sobanı 5-10 dəqiqə yüksək dərəcədə işlədin. Su isindikcə buxarı sobanın içindəki bərkimiş yağları və yemək qırıntılarını yumşaldacaq. Bundan sonra sobanın ağzını açıb bir bezlə silib təmizləyin.

Ağ pambıq köynək və ya maykalarınızdan ləkələri yox etmənizin asan yolu var. Paltaryuyan maşınınıza eyni zamandaa 200 ml limon suyu qoyun. Limon suyunun təbii özəlliyi həm paltarlardan yaxşı ətrin gəlməsinə, həm də ləkələrin getməsinə kömək edir.

Ağzınızdan gələn qoxuları yox etmək üçün para limonun suyunu 200 ml suya qatıb qarqara edin.

Dirsəklərimiz quruyub qaysaq bağlayanda həm çox çirkin görünər, həm də bizi narahat edər. Xüsusuilə qadınlar bu problemlə tez-tez rastlaşır. Bunu aradan qaldırmağın ən asan yollarından biri qabartma tozu ilə limon suyunu qarışdırıb dirsəklərə çəkməkdir.

Əlləriniz çox quruyur və sizi narahat edirsə, limon köməyinizə gələcək. Yarı-yarıya limon suyu ilə adi suyu qarışdırıb bununla əllərinizi yuyun, sonra zeytun yağı ilə masaj edib bir yumşaq bezlə qurulayın. Bunu ayaqlarda da istifadə etmək olar.


Ziyillərdən yox olmaq üçün bütün metodları yoxlamısınız və heç bir nəticəsi yoxdursa, o zaman limon suyundan istifadə edin. Bir pambığı limon suyuna batırıb ziyilin üstünə basın. Ziyil tamamilə yox olana qədər bunu hər gün təkrar edin.
Etiketlər: limon, sonra, etmək, suyunu, qoyun, sobanın, suyuna, narahat, istifadə, limonun, gələn, qabıqları, üstünə, zaman, qarışdırıb, təbii, batırıb, pambığı, yemək, ləkələri
BİZİ İZLƏYİN