• Zəfəran dəmini necə hazırlamalı?

Reseptin məlumatları Baxış sayı: 6508

Tarix : 15.01.2016, 13:00

Bölmə : Məsləhətlər


Azərbaycan mətbəxində zəfərandan yeməklərə gözəl ətir və rəng qatmaq üşün geniş istifadə olunur. Zəfəran aldığınızda çalışın onu toz halında deyil tellərini alın. Zəfəran telləri uzun müddət saxlandıqdan sonra belə öz təravəti və ətirini itimir. Zəfəran dəmi adətən plovlarda, bəzi ət xörəklərində, şorbalar və şirniyyatlarda istifadə olunur. Zəfəran dəmini aşağıda izah olunduğu kimi hazırlaya bilərsiniz. Nəzərə alın ki, zəfəranın və suyun miqdarı reseptdən reseptə dəyişə bilər, odur ki, reseptinizdə qeyd edilən miqdarı esas tutaraq bu ümumi qaydadan istifadə edin.

1. Zəfəran tellərini həvəngdəstə vasitəsiylə döyün və toz halına gətirin.
2. Zəfəran tozunu kiçik kasa və ya stəkana qoyub, üzərinə qaynar su əlavə edin. Kasanı nəlbəki ilə örtün. Qoyun kənarda ən azı 10 dəqiqə ərzində dəmlənsin. Sonra isə hazırladığınız dəmi reseptdə tələb olunduğu kimi istifadə edin.

Etiketlər: Zəfəran, istifadə, olunur, tellərini, olunduğu, miqdarı, döyün, halına, kiçik, tozunu, gətirin, vasitəsiylə, qaydadan, edilən, reseptinizdə, tutaraq, ümumi, bilər, stəkana, həvəngdəstə
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica