• Mətbəxə qulluq

Reseptin məlumatları Baxış sayı: 234

Tarix : 2.09.2016, 15:00

Bölmə : Məsləhətlər


Xörəkləri alüminium qablarda saxlamayın. Soyuducuya qoyduğunuz yeməkləri qapalı qabda saxlasanız, qoxuları bir-birinə qarışmaz.
Ətin üzərinə soyuq su töküb qaynatdıqda, ətin qida dəyəri suya keçir. Qaynar suya atdıqda, ətin qida dəyəri ətdə qalır.
Qaynatdığınız balığın suyundan şorba bişirə bilərsiniz.
Un şorbası bişirərkən unun qoxusunu almaq üçün içinə makaron əlavə edin.
Soğanı sirkə ilə yusanız, doğrayarkən gözləriniz yaşarmaz.
Sarımsağın qabıqlarını soyuq maye yağın içərisində illərlə saxlamaq mümkündür. Həmin yağdan daha ləzzətli olsun deyə, yemək bişirərkən və salat hazırlayarkən istifadə edə bilərsiniz.
Keks və qurabiyələri ağzıqapalı, hava çəkməyən qablarda soyuducuda uzun müddət saxladıqda təzəliyini itirmir.
Polad qazançalardan çətin gedən ləkələri təmizləmək üçün, süngərə az miqdarda yumşaldıcı tökərək yaxşıca ovun. Beləliklə, qazançalar əvvəlki parlaqlığına qovuşacaq.
Sobadakı pis qoxuların qarşısını almaq üçün yemək bişirməzdən əvvəl qabın yarısını su, yarısını isə sirkə ilə dolduraraq bir neçə dəqiqə sobada isidin.
Etiketlər: sirkə, bilərsiniz, dəyəri, soyuq, yarısını, almaq, bişirərkən, yemək, qablarda, gedən, təzəliyini, itirmir, qazançalardan, Polad, çətin, soyuducuda, hazırlayarkən, salat, olsun, ləzzətli
loading...
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica