• Limonu xarab olmadan uzun müddət saxlamağın yolları

Reseptin məlumatları Baxış sayı: 508

Tarix : 12.06.2017, 10:00

Bölmə : Məsləhətlər


Limon hər evdə olan və xarab olduğu üçün ən çox atılan qidalardan biridir. Hamımız kəsdiyimiz limonun yarısını soyuducuda saxlamaq istəyirik, lakin təəssüf ki, buna nail ola bilmirik və bir müddət sonra quruduğunu görüb atırıq.

-Artıq olan, istifadə etmədiyiniz limonları buzxanaya qoyun. Beləliklə, həmişə əlinizin altında təzə limon olacaqdır. Lazım olduqda həmin limonları buzxanadan götürüb sıxaraq istifadə edə bilərsiniz.

-Limonun qabığındakı C vitamini içindəkinə nəzərən daha çoxdur və bunun üçün də onu qabığıyla birgə rəndələmək daha faydalı olar. Qabığının qurumaması üçün bir bütün limonu yaxşıca yuyun, soyuducu torbasına qoyub buzxanaya yerləşdirin.

- Limonu bir-iki həftə xarab olmadan saxlamaq üçün başqa bir üsul da onu su ilə dolu bir qabın içində saxlamaqdır. Hər gün bu suyu dəyişdirərək ən az 2 həftə saxlaya bilərsiniz.

- Kəsilmiş və yarısı istifadə edilmiş limonu uzun müddət xarab olmadan saxlamaq üçün isə kəsilmiş tərəfinə qənd sürtün və bu hissəsi aşağıda olmaqla bir qaba qoyub soyuducuya yerləşdirin. Bu üsulla da limonun ən az 2 həftə xarab olmadan ilk günki kimi təzə qaldığını görəcəksiniz.

Etiketlər: xarab, olmadan, həftə, saxlamaq, istifadə, yerləşdirin, limonları, qoyub, limonu, bilərsiniz, müddət, buzxanaya, limonun, yuyun, yaxşıca, soyuducu, torbasına, aşağıda, olmaqla, Limonu
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica