• Sağlam qidalanma - xoşbəxt ürək

Reseptin məlumatları Baxış sayı: 102

Tarix : 30.10.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Ürək xəstəlikləri ildə 17.1 milyon insanın həyatını itirməsinə səbəb olarkən, mütəxəssislər tütün istifadəsi, qeyri-sağlam qidalanma və fiziki fəaliyyətsizlik kimi risklərin qarşısını almaqla ürək xəstəliyinə bağlı ölümlərin yüzdə 80-nin qarşısının alına biləcəyini deyirlər. Ürək sağlamlığı üçün ən vacibi az yağlı qida seçmək və düzgün yağları seçməkdir. Süfrədə tərəvəz və balığa daha çox yer vermək lazımdır.

Ürək sağlamlığı üçün tövsiyyələr
- Doymuş yağlar yerinə bitki mənşəli yağlar, xüsusilə də zeytun yağından istifadə etmək, qan təzyiqini qaydasında saxlamağa kömək edir.

- Omeqa-3 yağ asitləri baxımından olduqca zəngin olan balıq və digər dəniz məhsulları, damar sərtliyinin azalmasına kömək edir.

- Taxıl məhsulları, qabıqlı quru yemişlər, ayçiçəyi və qarğıdalı yağlarının tərkibində olan omeqa 6 yağ asitləri, qandakı xolesterolu azaltmağa kömək edir.

- Süd, qatıq, pendir və bunlardan əldə edilən qidalar, kalsium baxımından zəngindir və kalsium ürək ritminin tənzimlənməsi üçün lazımlıdır.

Etiketlər: kömək, baxımından, asitləri, kalsium, sağlamlığı, yağlar, məhsulları, olduqca, damar, zəngin, digər, dəniz, balıq, Omeqa, etmək, istifadə, yağından, təzyiqini, qaydasında, sərtliyinin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica