• Bu enerji içkilərindən uzaq durun - SİYAHI

Reseptin məlumatları Baxış sayı: 81

Tarix : 6.12.2018, 14:00

Bölmə : Qidalanma qaydaları




“Araşdırmalara görə, enerji içkilərinin təməl maddələri kofein, taurin və qlükoronolaktondur. Bir qutu enerji içkisində su, şəkər, qlükoza, rəngverici və duzluluğu tənzimləyici və s. maddələr var. Ekspertlərin fikrincə, belə içkilərin orqanizmi enerji ilə təmin etməsi fikri əsassızdır. Çünki onları hazırlayan zaman yalnız orqanizmi stimulyasiya edən maddələrdən istifadə olunur. Onların içərisində insanların ən çox tanıdığı kofeindir. Həmin maddələr orqanizmdə süni stimulyasiya yaradaraq ürək fəaliyyərini artırır, arterial təzyiqi yüksəldir. Qəbul etdikdən sonra o, bədənin daxili ehtyatlarına yol açır, bir növ, açar funksiyası rolunu oynayır. Yəni, bu içki insanın daxilindəki enerji ehtiyatını normadan artıq “xərcləyir”. 4-5 saatdan sonra isə onu istifadə edən şəxs düşkün vəziyyətdə yorğunluq, yuxusuzluq, əsəb və depressiya hissləri keçirir və sonra yavaş-yavaş təbii enerjisini bərpa etməyə başlayır. Necə deyərlər, özünün uzun müddətə topladığı və bir qutu mayenin təsiri nəticəsində bir neçə saatda havaya sovurduğu gücünü yenidən toplamaq məcburiyyətində qalır”.

Bəs bunun səbəbi nədir? Öncə onu qeyd edək ki, energetik içkilərin istehsalı və satışı ilə məşğul olan şirkətlər ilk növbədə, onu cəlbedici reklam etməklə istehlakçıya sevdirməyi bacarıblar. Daha doğrusu, pafoslu, emosiyalı, əslində isə aldadıcı şou qurmaqla gəncləri tələyə sala biliblər.

Bu içkilərin tərkibi nədir, insanda necə enerji yaradır?

İçkinin tərkibində olan vitaminlər və elementlər süni aktivləşmə nəticəsində itirilən enerjinin yalnız bir hissəsini ödəyə bilir. Qəbul etdikdən sonra orqanizmdə gedən aktivləşmə prosesinə nəzər saldıqda məlum olur ki, belə içkilərin tərkibindəki kofein mərkəzi sinir sisteminə təsir edərək beyinə gedən və beyindən gələn mesajları sürətləndirir. Bunlar insanın daha oyanıq və aktiv olmasını təmin edən xəbərdaredici funksiyanı yerinə yetirir. İçkinin tərkibində olan taurinin səviyyəsi ərzaqlarda yol verilən ümumi miqdardan bir neçə dəfə yüksəkdir, qlükoronolaktonun miqdarı isə iki şüşədə gündəlik normanı 500 dəfə üstələyir. Digər təhlükələr bir yana, yalnız qeyd etdiyimiz bu fərqlər orqanizm üçün çox böyük zərər sayılır.
Odur ki, həkimlər bu içkilərin istifadə qaydaları, qədəri və kimlərin istifadə edə bilməsi haqqında tez-tez danışırlar. Buna baxmayaraq, istifadə olunduğu əksər ölkələrdə, o cümlədən Azərbaycanda insanlar bu içkilərin bəzən düşkününə çevrilirlər. Hətta o dərəcədə ki, hələlik bizdə olmasa da, ayrı-ayrı ölkələrdə enerjili içki qəbul edib həyatını itirən gənclər olur. Məsələn, İçveçdə 30 yaşlı gənc diskotekada iki banka energetik içki ilə spirtli içkini qarışdıraraq qəbul etdikdən sonra ürəyi dayanıb. 18 yaşlı basketbolçu Ross Kuni də 3 banka energetik içki qəbulundan sonra elə idman meydançasında dünyasını dəyişib. Araşdırmalara görə, təkcə 2008-ci ildə kofeinin həddən artıq dozada qəbulundan minlərlə insan həyatını itirib. Yəqin Fransa, Danimarka və Norveçdə energetik içkilərin rəsmi qadağan olunması, onların yalnız apteklərdə satılması da elə bu səbəbdəndir.

Etiketlər: içkilərin, sonra, istifadə, enerji, yalnız, energetik, etdikdən, banka, insanın, yaşlı, Qəbul, stimulyasiya, qəbulundan, orqanizmdə, artıq, yavaş, aktivləşmə, gedən, ölkələrdə, tərkibində
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica