• Bu qidalar beyni öldürür - SİYAHI

Reseptin məlumatları Baxış sayı: 11020

Tarix : 24.01.2017, 11:00

Bölmə : Qidalanma qaydaları




Şəkər və şəkər məhsulları: Uzun müdddət şəkər istifadəsi nevroloji problemlərə yol açır, yaddaşı zəiflədir. Öyrənmə qabiliyyətini zəiflədən şəkər və şəkər məhsullarından uzaq durun.

Qaraciyəri dağıdan spirtli içki beyini bitirir. Sağlam düşünmə qabiliyyətini zəiflədib yaddaşı yox edir. Uzun müddət spirtli içki istifadəsi qalıcı fəsadlara yol aça bilər.

Beynin kimyəvi quruluşunu dəyişən fast food qidaları depresiyya və narahatlıq problemlərinə yol açır. Fast food qidalarının tərkibindəki qatqı maddələri hafizə zəifliyi, öyrənmə pozğunluğuna yol açır.

Qızarmış yeməklər: Qızarmış və ya hazır qidalar uşaqlarda cidd beyin fəsadlarına yol açır. Beyin sinirlərini zədələyir. Qızarmış qidalar üçün istifadə edilən ay çiçəyi yağı çox təhlükəli və zəhərli hesab edilir.

Qızarmış qidalar kimi, hazır qidalar da mərkəzi sinir sistemini zədələyir. Beyin pozğunluğuna yol açır və gələcək yaşlarda unutqanlığa səbəb ola bilər.

Çox duzlu qidalar: Duzun ürəyə ziyanını hər kəs bilir. Duzun tərkibindəki yoğun natriumda beyinə ziyandır və zəkanı gerilədib düşünmə qabiliyyətini zəiflədir.

Taxıl məhsullarının hər biri beyinə zərər verir. Ancaq tam taxıl məhsulları istisnadır. Çox taxıl məhsulu yemək yaşlanmanı sürətləndirir.

Ət ən yüksək protein qaynağıdır. Ancaq sosiska, kolbasa kimi ət qidalarından uzaq durmaq lazımdır. Bu cür qidalar sinir sistemini məhv edir.

İxrac yağları - Trans yağlardan uzaq durmaq lazımdır. Ürək problemləri, piylənmə və xolesterol bunun ən böyük fəsadlarındandır. Beyin reflekslərini öldürür, beyin fəaliyyətinin keyfiyyətini aşağı salır. Uzun müddət sonra unutqanlığa səbəb olur və infarkt riskini artırır.

Süni dadlandırıcılar. İnsanlar arıqlamaq üçün qənd yerinə süni dadlandırıcılardan istifadə edirlər. Bunların az kalorili olmaqla yanaşı çox zərəri var. Uzun müddət istifadəsi beyin fəsadlarına və zehni zəifliyə yol açır.

Nikotin - Nikotin beyinə qan getməsinin qarşısını alır. Beyinə qan getməsə, oksigen də getməz. Bu da beynin yavaş-yavaş ölməsinə səbəb olur.
Etiketlər: qidalar, Qızarmış, şəkər, səbəb, qabiliyyətini, beyin, Beyin, müddət, istifadəsi, beyinə, fəsadlarına, hazır, zədələyir, tərkibindəki, unutqanlığa, durmaq, Ancaq, taxıl, lazımdır, Duzun
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN