• Böyrəklərdə daş yaradan əsas 5 QİDA

Reseptin məlumatları Baxış sayı: 1142

Tarix : 16.12.2018, 14:00

Bölmə : Qidalanma qaydaları




Böyrək daşı xəstəliyi çox yayılmış pozulmadır. Bu xəstəliyin səbəbləri arasında: irsiyyət, azhərəkətli həyat tərzi, susuzlaşma, maddələr mübadiləsinin pozulmaları, bəzi vitaminlərin (xüsusilə A və D) çatışmazlığı, sidik ifrazı sisteminin iltihabları və s. Həmçinin düzgün olmayan qidalanma, bəzi qidaların həddindən çox qəbulu də böyrək daşı xəstəliyinin inkişafına səbəb ola bilər. Böyrəklərdə daşların əmələ gəlməsinə bu kimi qidalar səbəb ola bilər:

- İspanaq, turşəng
Bu göyərtilər oksalat duzları ilə zəngindir. Oksalatlar böyrəklərdə yığılaraq daşlar əmələ gətirir. Böyrəklərdə yığılan daşların 80%-ni məhz oksalat daşları təşkil edir.
Bundan əlavə kələm, çuğundur, kərəviz və çiyələk də oksalatlarla zəngindir.

- Süd
Süd böyrəklərdə fosfat daşların yığılmasına səbəb olur.

- Qırmızı ət, heyvanın qaraciyəri, böyrəyi, beyini, ət bulyonları
Zülallarla zəngin olan ətin həddindən artıq miqdarda qəbulu böyrəklərdə urat daşların əmələ gəlməsinə səbəb ola bilər.

- Şəkər, şirniyyatlar, şirin un məmulatları
Bu kimi məhsullar sidikdə kalsiumun artmasına və sidik kisəsi, sidik axarları və böyrəklərdə kalsiumdan daşların əmələ gəlməsinə səbəb olur.

- Çay, qəhvə, şirin qazlı içkilər
Bu içkilərin həddindən artıq miqdarda qəbulu sidikdə oksalatların artmasına və daşların yaranmasına səbəb olur.
Etiketlər: daşların, səbəb, böyrəklərdə, əmələ, sidik, gəlməsinə, bilər, həddindən, qəbulu, Böyrəklərdə, oksalat, artmasına, sidikdə, şirin, miqdarda, artıq, zəngindir, böyrəyi, qaraciyəri, heyvanın
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN