• Qarpızdan hazırlanan müxtəlif təamlar

Reseptin məlumatları Baxış sayı: 2 404

Tarix : 11-06-2018, 20:00

Bölmə : Qidalanma qaydaları


Yaz aylarının möhtəşəm dadlarından biri olan qarpızdan müxtəlif növ dadlı şirniyyatlar hazırlamaq olur.Tərkibində çoxlu miqdarda lif və su vardır.Qarpız yayda sərinləmək üçün çox yaxşı alternativdir.

Qarpız küpləri
Qarpız dilimlərini doğrayaraq üzərinə bir parça limon və ya nanə qoyaraq soyuducuya qoyun. Bir müddət soyuducuda qaldıqdan sonra onu yeyə bilərsiniz. Bundan başqa qarpız dilimlərini blendrdən keçirin. Üzərinə biraz qaymaq, süd və şəkər tozu əlavə edib əriyənə qədər qarışdırın. Bu qarışımı 6 saat soyuducuda saxladıqdan sonra yeyə bilərsiniz.

Qarpızdan meyvə boşqabı
Bütöv bir qarpızı ortadan iki yerə bölün və içərisini çıxardın. Onun içərisinə doğranmış üzüm, şaftalı və başqa meyvələri əlavə edin və daha sonra onu ləzzətlə yeyin.

Qarpız tortu
Bütöv bir qarpızı iki yerə böldükdən sonra üçbucaq formasında dilimləyin. Bu dilimləri ulduz formasında birləşdirin. Birləşdirib tort halına gətirildikdən sonra, üzərinə krem şantı əlavə edin. Və ən son üzərinə meyvə düzərək hazır edin.

Qarpız buzlama
Qarpız dilimlərini içərisinə şəkər əlavə edərək blendrdən keçirin. Qarpızları soyuducuda 5-6 saat saxladıqdan sonra üzərinə hazır krem əlavə edin.
Etiketlər: sonra, Qarpız, əlavə, bledrdə, üzərinə, soyuducuda, dilimlərini, başqa, saxladıqdan, bilərsiniz, meyvə, formasında, keçirin, hazır, içərisinə, şəkər, Bütöv, blendrdən, qarpızı, çıxardın, bölün
BİZİ İZLƏYİN