• Yaz aylarında orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər hansılardır?

Reseptin məlumatları Baxış sayı: 2677

Tarix : 10.02.2017, 19:00

Bölmə : Qidalanma qaydaları


Hər birimiz yaz aylarında olan vitamin çatışmamazlığı kimi problemlə rastlaşmışıq.
Bu gün sizə yaz ayları üçün ən lazımlı olan vitaminlər haqda məlumat və ən əsası isə onları daha çox hansı məhsullarda tapa biləcəyiniz haqda danışacayıq. Beləliklə, yaz aylarında orqanizmin ən çox ehtiyac duyduğu vitaminlər:
C vitamini. Askorbin turşusu və orqanizmin müxtəlif infeksiyalarla mübarizə aparan ən vacib “yaz vitamini”sayılır. Bəs bu vitamin ən çox hansı məhsullarda var? Bunlardan: sitrus meyvələri, itburnu, göyərti, bolqar istiotu,alma, çiyələk, kartof,gül kələmi və bütün paxlalılarda və s.kimi məhsullar sayılır. Yadda saxlayın ki, bu vitamin qaynadıldıqda və qurudulduqda yox olur. Dəmir bu vitaminə pis təsir edir.
D vitamini. Kalseferon, “günəş vitamini” sayılan bu vitamin orqanizmdə kalsiy elementinin qəbulunu təmin edir. O,günəş şüalarının təsirindən dəridə istehsal olunur. Ən çox bu məhsullarda təsadüf edilir: balıq yağı, kürü, yumurtanın sarısı, ciyər, kərə yağı, xama və süd. Bu vitamin yüksək hərarətə davamlıdır.
A vitamini. Gözlər üçün çox xeyirli olan bu vitamin,həmçinin skeletin formalaşmasında böyük rol oynayır. Bu vitaminlə zəngin olan məhsullar: kök, balqabaq, pomidor, qırmızı istiot, qarğıdalı, şəftəli. Qaynadıldıqda öz aktivliyini saxlayır, yalnız çox yüksək hərarət məsləhət görülmür.
B1 vitamini. Bu vitamin sinir siteminin funksiyasına cavab verib, maddələr mübadiləsində iştirak edir. Bağırsaq mikroflorası tərəfindən istehsal olunur. Təəssüf ki, lazımı qədər istehsal olunmadığından onu qida məhsullarından almaq məsləhət görülür. Onlardan: yüksək sortlu buğda unu, çörək məmulatları, qarabaşaq, düyü, maya, yumurta sarısı, qoz, paxlalılar və mal əti.
B2 vitamini. İnkişaf vitamini adlandırılaraq qanda hemoqlobinin əmələ gəlməsinə cavabdeh olub və yaraların tez sağalmasına köməkçi olur. O daha çox maya, təbii tərəvəzlər, yumurta sarısı, süd, ət və balıqda vardır. Ultrafiolet şüaları bu vitaminə pis təsir edir.
E vitamini. Cavanlıq vitamini adlandırılaraq, əzələ funksiyasına cavabdeh sayılır. Daha çox bu vitaminə bitki yağları, yumurta sarısı, itburnu və göyərtidə rast gəlinir.
Ümumilikdə isə,çalışın yazın gəlişi ilə təbii meyvə və tərəvəzə üstünlük verin. Orqanizminizi nəinki yaz aylarında, hər zaman lazım olan vitaminlərlə təmin etməyə çalışın...

Etiketlər: vitamini, vitamin, sarısı, aylarında, istehsal, yumurta, məhsullarda, yüksək, vitaminə, məhsullar, təbii, itburnu, cavabdeh, təmin, funksiyasına, məsləhət, olunur, çalışın, təsir, adlandırılaraq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica