Diyetoloqların ümumi fikrinə görə, yumurta ən faydalı qida məhsullarından biridir.
Bir çox vacib vitamin, mineral və aminturşuları ilə zəngin olan yumurta orqanizm tərəfindən demək olar 100% mənimsənilir.
Amerika alimlərinin yeni elmi araşdırması yumurtanın növbəti faydalarını aşkar edib.
Alimlərin fikrinə görə, yumurta arıqlamağa kömək edir və arterial təzyiqi tənzimləyir.
Mütəxəssislər sübut edir ki, hər gün yumurta yeyən insan özünü bir çox ürək-damar sistemi xəstəliklərindən qoruya bilər.
Qidalı maddələrlə zəngin olan yumurta pəhriz saxlayan insanlar üçün ideal məhsuldur. Yumurta tez toxluq hissi yaradır və uzun müddət ərzində tox saxlayır.
Etiketlər: yumurta, zəngin, fikrinə, qoruya, xəstəliklərindən, bilər, sistemi, Qidalı, özünü, sübut, Mütəxəssislər, yeyən, insan, maddələrlə, damar, insanlar, yaradır, hissi, müddət, ərzində