• Xərçəng və ürək xəstəliklərindən qoruyan faydalı şirə

Reseptin məlumatları Baxış sayı: 158

Tarix : 27.05.2019, 14:00

Bölmə : Qidalanma qaydaları




Tərəvəz şirələri meyvə şirələrindən daha faydalı sayılır.

Nəzərə almaq lazımdır ki, şirə hazırladıqda tərəvəzin tərkibində olan lifləri də saxlamaq çox vacibdir. Bunun üçün tərəvəzi az miqdarda su əlavə etməklə blenderdən keçirmək lazımdır. Bu halda həm vitamin və minerallar, həm də qidalı liflər saxlanılır. Liflər orqanizm üçün olduqca faydalıdır. Onlar bağırsaqların fəaliyyətini yaxşılaşdırır, bağırsaqların daha asan boşalmasını təmin edir, qəbizlikdən xilas edir, xolesterinin və şəkərin səviyyəsini aşağı salır.

Tərəvəz şirələri arasında kök şirəsi ən faydalı olanlardan biridir.

Kök şirəsinin vitamin-mineral tərkibi çox zəngindir. Burada A, E, K, C vitaminləri, kalium, maqnezium, kalsium və s. kimi minerallar var.

- Elmi araşdırmalar göstərib ki, kök şirəsi xərçəng əleyhinə təsirə malikdir. Antioksidant və karotinoidlərlə zəngin olan kök şirəsi yoğun bağırsaq, süd vəzi, sidik kisəsi, prostat xərçənginin riskini azaldır.

- Kök şirəsində ürək və damarlarının sağlamlığı üçün ən vacib olan 2 maddə var. Bunlar kalium və maqneziumdur. Bu səbəbdən kök şirəsi ürəyin sağlamlığını qoruyur, işemiya xəstəliyinin, insult və infarktın riskini azaldır.

- Kök şirəsi göz sağlamlığına müsbət təsir edir, qlaukoma və katarakta kimi xəstəliklərin riskini azaldır.

- Kök şirəsinin tərkibində olan A vitamini immun sistemini möhkəmləndirir, virus və soyuqdəymə xəstəliklərindən qoruyur.

- Kök şirəsi qaraciyəri təmizləyir, detoksikasiya edir, ödün ifrazını artırır, həzm proseslərini yaxşılaşdırır.

- Kök şirəsi orqanizmdən toskinləri xaric etməyə kömək edir.

- Sübut olunub ki, kök şirəsi beyinin sağlamlığına da çox müsbət təsir edir, beyində qocalma proseslərini ləngidir.

- Kök şirəsi dərinin vəziyyətinə də çox müsbət təsir edir, dərinin tonusunu artırır.

Etiketlər: şirəsi, riskini, müsbət, azaldır, təsir, yaxşılaşdırır, vitamin, artırır, minerallar, proseslərini, Tərəvəz, kalium, şirəsinin, qoruyur, sağlamlığına, bağırsaqların, dərinin, faydalı, şirələri, tərkibində
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN