• Hansı məhsulun şirəsi daha xeyirlidir?

Reseptin məlumatları Baxış sayı: 163

Tarix : 13.03.2018, 14:00

Bölmə : Qidalanma qaydaları


Hər birimiz təbii şirəni çox sevirik. Həm görünüşü, həm də tərkibi ilə hər birimizi cəlb edən bu şirələr, dietoloqların fikrinə görə o qədər də xeyirli deyil. Bu məqalədə sizə bunun səbəbi və düzgün seçim etmək üçün lazımlı məlumat verəcəyik:

Ən düzgün seçim — tərəvəz şirələri
Tərəvəz şirələri — qida rasionunuza təbii xeyirli bitki maddələrini əlavə etmək üçün ideal vasitədir. Tomat şirəsində olan likopin, prostat xərçəngi xəstəliklərinin təhlükəsini azaldır.Şəkər çuğunduru şirəsi isə arterial təzyiqi azalda bilir. Ümumilikdə isə tərəvəz şirəsinin tərkibində meyvə şirəsi ilə müqayisədə şəkər və kaloriy azdır, buna baxmayaraq natrinin miqdarı lazımım səviyyədədir.

100% — li meyvə şirəsi
Heç kim xəstəliklərlə mübarizə üçün lazım olan vitamin və antioksidantlarla zəngin meyvə şirəsinin xeyirli olduğunu inkar etmir. Problem ondadır ki, təbii şirələrin tərkibində həmçinin şəkər və kalorinin miqdarı çoxdur. 1 stəkan təbii alma şirəsində, yarım baton şokoladda olduğu qədər kaloriy vardır. Məhz bu səbəbdən mütəxəssislər gün ərzində belə içkini 1 dəfədən çox içməyi məsləhət görmürlər.

Yaxşı seçim — nar şirəsi
Hər gün yalnız 1 stəkan şirə içməyi planladıqda, ən düzgün seçim etmək lazımdır. O zaman, qida dəyəri daha çox olan şirələrə nəzər salaq. Nar şirəsi — bu cədvəldə birinci yerdədir. Onun tərkibində çox sayda şəkər və kaloriy vardır və o, orqanizmdə antioksidant dozasını yüksək səviyyə təmin edir. Bu maddələr isə beyin funksiyasının qorumasını təmin edir və xərçəngin qarşısını ala bilir.

Yaxşı seçim — quşüzümü şirəsi
Quşüzümü şirəsi C vitamini ilə çox zəngindir, o isə immun sistem üçün çox lazımlıdır. Həmçinin xalq arasında şirin olmayan quşüzümü şirəsini, sidik yolları infeksiyalarının təhlükəsindən qorumaq üçün istifadə edirlər.

Qaragilə şirəsi
Qaragilənin tərkibində olan maddələr, beyinin sağlam saxlanmasına kömək edir. Həmçinin bu şirə yaddaş funksiyası üçün çox xeyirli sayılır.

Albalı şirəsi
Antioksidantlarla zəngin olması ilə bərabər, bir çox giləmeyvə şirələri iltihab əleyhi xüsusiyyətlərinə də malikdirlər. Araşdırmalara əsasən fiziki işdən əvvəl və sonra içilən 1 stəkan albalı şirəsi məşqdən əldə olunmuş əzələ ağrılarını ağrılarını azalda bilirlər.

Qırmızı üzüm şirəsi
Hamımız bilirik ki, normal dozada qırmızı çaxır ürəyə xeyirdir. Bunu həmçinin qırmızı üzüm şirəsinə də aid etmək olar. Onun tərkibində çox güclü flavonod-antioksidantları vardır.

Portağal şirəsi
Səhər yeməyi zamanı çox populyar olan şirə, buna layıqdırmi? O, immun sistemə müsbə təsir göstərən C vitamini ilə çox zəngindir. Bundan əlavə o, sümükləri möhkəmləndirən kalsiy və D vitamini, qidalı maddələrlə zəngindir.

Uşaqlar və şirə
Uşaqların çoxu təbii şirələri çox sevirlər, lakin, Amerikan Pediatriya akamiyasının mütəxəssiləri uşaqlar üçün olan gündəlik normaya mütləq əməl etməyə çağırırlar. 6 yaşdan aşağı olan uşaqlar üçün bu norma — 150 mlt, 7-18 yaş arası uşaqlar üçün isə 250-300 mlt təşkil edir.

Su əlavə edin
Əgər siz və uşağınız gün ərzində bu içkidən bir neçə dəfə içmək istəyirsə, o zaman şirəyə su əlavə edin. Bununla siz, hər posiya üçün kaloriy sayını azaltmış olursunuz.

Bütöv meyvələrə üstünlük verin
Dietoloqlar deyirlər ki, meyvə şirələri üçün əla alternativ bütöv meyvələrdir. Bütöv meyvə əti ilə daha çox qidalı tellər və əlavə qidalı maddələrlə orqanizmi təmin edir. Təbii şirədən fərqli olaraq bütöv meyvələr aclıq hissini də azalmağa kömək edir.

Etiketlər: şirəsi, seçim, meyvə, əlavə, təbii, şirələri, tərkibində, etmək, xeyirli, kaloriy, düzgün, vardır, uşaqlar, təmin, zəngindir, qidalı, stəkan, şəkər, vitamini, zəngin
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica