• Baş qatmaq üçün yediyimiz yağ içində zəhər - ZƏRƏRLƏRİ

Reseptin məlumatları Baxış sayı: 11 661

Tarix : 25-01-2017, 15:00

Bölmə : Qidalanma qaydaları


Cipslər dünyanın ən ləzzətli qidalarından biri hesab edilsə də, insan sağlamlığına vurduğu zərər sadəcə piylənmə və ürək xəstəliyi ilə kifayətlənmir. Cipslər hətta ana qarnında böyüməkdə olan körpəyə mənfi təsir göstərərək onda hiperaktivlik, yetkin insanlarda isə xərçəng kimi ciddi problemlərə yol aça bilər.

Aparılan araşdırmalar Avropadakı gənclərin həftədə ən az 2-3 dəfə cips yediyini ortaya çıxarıb. Bu qədər cips yemək İngiltərədə adam başına 5 litrə yaxın yağın içilməsinə bərabərdir. İldə 6 milyard qutu cips yeyən ingilislərdə bu rəqəm çox qorxunc bir sonluğa işarədir.

Mütəxəssislər bu nəticələri "fast-food"ların insanları necə ovcunun içinə aldığının bir göstəricisi kimi dəyərləndirir. Cips yeyərkən ilk əvvəl onun duzu sizə dadlı gəlir. Cipslərdə bol miqdarda yağ olduğundan bu yağ dad hissiyyatınızı artırır. Yağ trigeminal sinir hüceyrələri vasitəsilə beyinə siqnal göndərdiyindən daha çox cips yemək istəyir və arzulayırsınız.
Etiketlər: yemək, Cipslər, Mütəxəssislər, nəticələri, işarədir, ların, ovcunun, aldığının, içinə, sonluğa, insanları, rəqəm, bərabərdir, içilməsinə, yağın, milyard, yeyən, göstəricisi, ingilislərdə, qorxunc
BİZİ İZLƏYİN