• Gündə bir ovuc ləpə görün nəyə qadirdir!

Reseptin məlumatları Baxış sayı: 6612

Tarix : 15.03.2017, 10:00

Bölmə : Qidalanma qaydaları




Badam, qoz, fındıq, keşyu, püstə, makadamiya və s. müxtəlif faydalı maddələrin əsl zəngin anbarıdır.
Həkimlərin fikirinə görə, hər gün 1 ovuc ləpə yeyən insan özünü bir çox xəstəliklərdən və pozulmalardan qoruya bilər.

Qoz-fındığın orqanizmə olan müsbət təsirləri arasında:
- Ləpə insanı uzun müddət ərzində tox saxlayır və nəticədə daha az yeyir və arıqlayır.
- Omeqa-3 və Omeqa-6 yağlı turşularla zəngindir ki, bu maddələr ürəyin və beyinin sağlamlığında çox böyük rol oynayır.
- Arterial təzyiqin tənzimlənməsinə kömək edir.
- Orqanizmdə "pis" xolesterinin səviyyəsini aşağı salmağa kömək edir və bununla damarlarımızı aterosklerozdan qoruyur. Ateroskleroz insult və infarkt kimi ağır pozulmaların əsas risk faktoru sayılır.
- Qidalı liflərlə zəngin olduğuna görə bağırsaqları təmizləyir.
- Mineralla zəngin olduğuna görə sümükləri və dişləri möhkəmləndirir.
- Qanda "xoşbəxtlik hormonu" adlandırılan serotoninin səviyyəsini qaldırır ki, bu da bizə streslə və depressiya ilə mübarizə etməyə kömək edir.
- Beyinin bütün funksiyalarını (yaddaş, diqqət, təfəkkür) yaxşılaşdırır.
- Yuxunu normallaşdırır.
- İmmun sistemini möhkəmləndirir.
- Antioksidant maddələrlə zəngin olduğuna görə hüceyrə səviyəsində qocalma prosesləri ləngidir, insanı daha gümrah edir.

Etiketlər: zəngin, olduğuna, kömək, möhkəmləndirir, Omeqa, insanı, səviyyəsini, sümükləri, adlandırılan, Mineralla, dişləri, xoşbəxtlik, hormonu, Qanda, təmizləyir, liflərlə, infarkt, insult, Ateroskleroz, qoruyur
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN