• Gündə 100 qr meyvə görün nəyə qadirdir

Reseptin məlumatları Baxış sayı: 2 465

Tarix : 13-05-2017, 11:00

Bölmə : Qidalanma qaydaları


Xarici mətbuatın məlumatına görə, Çin və İngiltərə alimləri 7 il ərzində yarım milyon insanın qidalanmasını və həyat tərzini təhlil etdikdən sonra belə nəticəyə gəliblər ki, gündə 100 qr meyvənin qəbulu ürək-damar sistemi xəstəliklərinin riskini 30 % azaldır.
Araşdırmada iştirak edən insanlar eksperimentin əvvəlində ürək-damar sistemi xəstəliklərindən əziyyət çəkmirdi və hipotenziv (təzyiq salan) preparatları qəbul etmirdi. 7 ildən sonra məlum olub ki, hər gün meyvə yeyən insanlarda ürək-damar sistemi xəstəlikləri, insult və infarkt kimi ağır pozulmalar meyvə yeməyən insanlarla müqayisədə xeyli az təsadüf edilir.
Alimlər ürək-damar sistemini qorumaq istəyən insanlara hər gün ən azı 100 qr meyvə yeməyi tövsiyə edirlər.
Etiketlər: damar, sistemi, meyvə, sonra, yeyən, insanlarda, xəstəlikləri, insult, məlum, salan, təzyiq, preparatları, qəbul, ildən, etmirdi, infarkt, yeməyən, istəyən, qorumaq, insanlara
BİZİ İZLƏYİN