• Yaddaşı yaxşılaşdırmaq üçün bunları yeyin!

Reseptin məlumatları Baxış sayı: 4630

Tarix : 28.03.2017, 10:00

Bölmə : Qidalanma qaydaları


Bəzi məhsullar yaddaşı və diqqəti yaxşılaşdırmağa kömək edir. Bu məhsullar arasında:

1. Balıq.
Omeqa-3 yağlı turşularla zəngin olan balıq beynin fəaliyyətinə çox müsbət təsir edir, yaddaşı və diqqəti yaxşılaşdırır.

2. Qəhvə
Araşdırmalar göstərib ki, qəhvə həqiqətən yaddaşı yaxşılaşdırmaq xüsusiyyətinə malikdir.

3. Şokolad
Təbii tünd şokolad çox faydalı məhsuldur. Ürək-damar və sinir sisteminə çox müsbət təsir edir, yaddaşı və beynin fəaliyyətini yaxşılaşdırır.

4. Sarıkök
Sübut olunub ki, bu ədviyyat beyinin fəaliyyətinə yaxşı təsir edir, yaddaşı möhkəmləndirir.

5. Qara və qırmızı üzüm
Amerika alimləri araşdırmalar nəticəsində belə qərara gəldilər ki, qara və qırmızı üzüm yaşla əlaqəli olan yaddaşın və diqqətin pozulmasını ləngidir.
Digər araşdırma zamanı iştirakçılar 1 ay ərzində hər gün üzüm şirəsini içirdilər. 1 aydan sonra məlum olub ki, onlar öz yaddaş testlərinin nəticələrini xeyli yaxşılaşdırıblar.

6. İspanaq
Antioksidantlar və fol turşusu ilə zəngin olan ispanaq beyinin fəaliyyətini və yaddaşı yaxşılaşdırır .

7. Qoz-fındıq
Mütəxəssislər hər gün 1 ovuc qoz-fındıq yeməyi tövsiyə edirlər. Bununla siz həm ürək-damar, həm sinir sisteminizi müxtəlif mənfi təsirlərdən qoruya bilərsiniz.

8. Yumurta
Yumurtanın tərkibində beynin fəaliyyəti üçün çox faydalı olan bir çox maddələr var.

9. Soya
Bu bitki bütün dünyada beynin fəaliyyətini və yaddaşını yaxşılaşdıran əsas bitkilərdən biri sayılır.

Etiketlər: yaddaşı, beynin, təsir, fəaliyyətini, yaxşılaşdırır, müsbət, fəaliyyətinə, faydalı, beyinin, qırmızı, məhsullar, fındıq, diqqəti, sinir, damar, zəngin, Antioksidantlar, turşusu, ispanaq, İspanaq
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica