• Düyü qadın sağlamlığı üçün çox faydalıdır

Reseptin məlumatları Baxış sayı: 191

Tarix : 10.10.2017, 20:00

Bölmə : Qidalanma qaydaları


Son dövrlərdə aparılan yeni araşdırmalar qadınlar arasında müxtəlif pəhrizlərin saxlanmasının dəbdə olmasının ürək xəstəlikləri və xərçəngin bəzi növlərinə səbəb olan xroniki xəstəliklərə gətirib çıxardığını göstərir.

Tədqiqatçılar karbohidratların azlıq təşkil etdiyi pəhrizlərin qadınların orqanizmində fol turşusunun azalmasının başlıca səbəbi olduğunu müəyyən ediblər. Belə qadınlar oqranizmdəki dəmir qıtlığı nəticəsində yaranan anemiyaya da meyilli olurlar. Bədəndə kifayət qədər dəmir olmadığından orqanizm qırmızı qan hüceyrələri üçün lazımi qədər hemoqlabin hazırlaya bilmir.

Anemiyanın ən geniş yayılmış bu növü ABŞ-dakı qadınların beşdə birini, hamilə qadınların isə yarısını əhatə edir, yorğunluq, gücsüzlük, tənəffüsdə çətinlik, baş ağrıları və diqqəti cəmləməkdə yaranan çətinlik kimi müxtəlif simptomların ortaya çıxmasına səbəb olur.

ABŞ-dakı «Rice Federation» adlanan qurumun apardığı araşdırma nəticəsində düyünün hər bir yaşda olan qadının sağlamlığında böyük önəm daşıyan fol turşusu və dəmir kimi qida maddələri ilə zəngin olduğu məlum olub.

Amerika Pəhriz Assosiasiyasının qadın sağlamlığı və reproduktiv qidalanma üzrə prezidenti, dietoloq Janna Blakenşipin sözlərinə görə, Birləşmiş Ştatlarda qadınların əksəriyyətində dəmir və fol turşusu sutkalıq tələbata hələ də uyğun gəlmir. Bu, qida maddələri onlar üçün son dərəcədə həlledici əhəmiyyətə malikdir.

«Düyü fol turşusu əldə etmək üçün əla üsuldur. Bir çox yeməklərdə düyü, yağsız ət və süd məhsulları, meyvə, qoz və tərəvəzdən istifadə olunması çox faydalıdır», — o deyib.

Qeyd edək ki, fol turşusu ürəyin infarkt xəstəliyi və beyin iflici də daxil olmaqla, ürək xəstəliklərində bir risk amili olduğu hesab edilən qanda homosisteinin azalmasına da yardım edir.

Amerika Kardiologiya Assosiasiyasının açıqladığı məlumata görə, fol turşusu beynə qan sızması nəticəsində baş verən ölüm hallarının azalmasına da kömək edir. Daha yaxın vaxtlarda aparılan tədqiqatlar isə fol turşusunun Altsheymer xəstəliyi və yumurtalıqların xərçəngi də daxil olmaqla, xərçəngin bir çox növlərinin qarşısını aldığını göstərir.

Etiketlər: turşusu, dəmir, qadınların, nəticəsində, yaranan, azalmasına, turşusunun, olmaqla, qədər, Amerika, olduğu, maddələri, Assosiasiyasının, göstərir, çətinlik, daxil, xəstəliyi, müxtəlif, pəhrizlərin, səbəb
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica