• Ürək üçün ən faydalı 3 məhsul

Reseptin məlumatları Baxış sayı: 725

Tarix : 8.05.2017, 09:00

Bölmə : Qidalanma qaydaları




Ürək-damar sistemi xəstəlikləri bütün dünyada ölümün əsas səbəbidir. Həkimlər təəssüflə qeyd edirlər ki, ildən ilə bu xəstəliklər "cavanlaşır" və son zamanlarda tez-tez çox cavan insanlarda aşkar olunur.
Ürəyin sağlamlığının qorunmasında qəbul etdiyimiz qidalar çox böyük rol oynayır. Bəzi məhsullar ürək üçün xüsusilə faydalıdır. Bu məhsulları qidalanmaya daha tez-tez daxil edin.

1. Qızılbalıq (losos)
Omeqa 3 polidoymamış yağlı turşularla xüsusilə zəngin olan qızılbalıq aterosklerozun inkişafını ləngidir, damarları xolesterindən (piyə oxşayan maddə) təmizləyir.
Ateroskleroz zamanı damarlarda xolesterin yığılır. Bunun nəticəsində damar daralır, onun keçirmə qabiliyyətini pozulur. Ateroskleroz ürək-damar sistemi xəstəliklərinin, infarktın və insultun əsas səbəbidir.
Omeqa 3 yağlı turşular həmçinin ürək ritminin tənzimlənməsinə kömək edir.

2. Ərik qurusu
Ərik qurusu kaliumla zəngindir. Kalium ürəyin normal fəaliyyəti, normal yığılması üçün olduqca vacib olan mineraldır. Kaliumun orqanizmdə çatışmamazlığı ağır aritmiyaların inkişafına səbəb olur.

3. Badam
Badam "arginin" adlı aminturşusu ilə zəngindir. Bu maddə damarları genişləndirir ki, nəticədə orqanizmdə və o cümlədən ürəkdə qan dövranı yaxşılaşır. Həmçinin arginin arterial təzyiqin tənzimlənməsinə kömək edir.

Etiketlər: damar, yağlı, orqanizmdə, zəngindir, tənzimlənməsinə, Omeqa, xüsusilə, normal, qurusu, kömək, arginin, Badam, maddə, Ateroskleroz, sistemi, səbəbidir, damarları, keçirmə, nəticəsində, kaliumla
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN