• Damar tıxanıqlığına faydalı olan qidalar

Reseptin məlumatları Baxış sayı: 493

Tarix : 30.05.2017, 09:00

Bölmə : Qidalanma qaydaları


Damar tutulmasının bir çox səbəbləri vardır. Bunlar düzgün qidalanmamaq, yağlı yeməklər yemək və siqaret istifadə etməkdir. Bu yazımızda biz damar tutulmasının qarşısını alan və damarları təmizləyən bir neçə qidanı sizə təqdim edirik.

Yaşıl çay
Yaşıl çay, damarlara ziyan verən oksidativ stressi azaldır və damarları təmizləyir. Tərkibindəki antioksidantlar xolesterolu salır və bu sayədə də ürəyi qoruyur.

Darçın
Antioksidant deposu olan darçın, qandakı şəkəri aşağı salır və buna görə də damarlar üçün çox faydalıdır. Gündə 1 çay qaşığı darçının qandakı yağ miqdarını azaltdığı deyilir.

Badam
E vitamini, həll oluna bilən lif, doymamış yağlar və antioksidant baxımından olduqca zəngin olan badam damarların ziyan görməsinin qarşısını alır.

Yulaf
Yulaf da xolesterolu aşağı salmaq və damarları təmizləmək baxımından olduqca faydalıdır. Buna görə də yeməklərinizdə yulaf istifadə etməyinizi tövsiyə edirik.

Zeytun yağı
Zeytunu bol olan ölkələrdə infarkt halları olduqca az müşahidə olunur. Tərkibindəki antioksidantlar sayəsində zeytun xərçəngin qarşısını alır və təzyiqi aşağı salır.

Brokoli
K vitamini və lif baxımından zəngin olan brokoli xolesterolu və təzyiqi aşağı salır. Həmçinin K vitamini damarlardakı kalsium səviyyəsini də tarazlayır.

Zərdəçal
Zərdəçal (sarıkök) damarların təmizlənməsində ən təsirli ədviyyatlardan biridir. Bundan əlavə damar sərtliyinin və yağların əmələ gəlməsin qarşısını alır.

Quşqonmaz
Quşqonmaz (mərəcüyüd) damarlardakı təzyiqi azaldır və bunun sayəsində də qan dövranını sürətləndirir. Bundan əlavə damar tutulması və iltihablanmasına da yaxşı təsir edir.

Nar
Tərkibində olan antioksidantlar sayəsində nar qanın dövranını sürətləndirir və damarların tıxanmasının qarşısını alır.

Bu qida dəyəri yüksək olan qidaları yeməklə damarlarınızı təmizləyə, onların tutulmasının qarşısını ala bilər və beləliklə də daha sağlam bir həyat yaşamış olarsınız.

Etiketlər: qarşısını, salır, aşağı, xolesterolu, damarları, antioksidantlar, vitamini, təzyiqi, sayəsində, olduqca, baxımından, damar, damarların, tutulmasının, Zərdəçal, zəngin, Tərkibindəki, Yulaf, qandakı, sürətləndirir
Загрузка...
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN




Yandex.Metrica