Tərkibi:600-700 q kartof
1-2 yumurta
300 q göbələk
1 baş soğan
1 yerkökü
duz
qara istiot
50 q kərə yağı
bitki yağı (qızartmaq üçün)
xama
2-3 x.q. un
Hazırlanması:Kartofu duzlu suda bişirin, suyu süzün, püre hazırlayın. Kərə yağı əlavə edib qarışdırın. Soyuyandan sonra yumurta, un əlavə edin, qarışdırın.
Göbələyi soğan və yerkökü ilə bitki yağında qovurun, duz, istiot vurun, blenderdə xırdalayın.
Əllərinizi isladıb püredən kotlet hazırlayın, içinə göbələk qoyun, hər tərəfini suxarıya batırıb hər iki üzünü bitki yağında qızardın. Süfrəyə xama ilə verin.
Nuş olsun!
Etiketlər: bitki, əlavə, hazırlayın, yağında, qarışdırın, istiot, yumurta, göbələk, soğan, yerkökü, tərəfini, qoyun, püredən, isladıb, kotlet, içinə, üzünü, verin, olsun, Süfrəyə