• Sobada kartof düzməsi resepti

Reseptin məlumatları Baxış sayı: 4 332

Tarix : 17-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Tərəvəz yeməkləri

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 40-50

Nəfər sayı : 2-4


Tərkibi:
8 dənə orta boy kartof,
Yarım kiloqram az yağlı qiymə
2 dənə quru soğan,
Yarım dəstə cəfəri,
1 dənə qırmızı bibər,
1,5 yemək qaşığı tomat,
Yarım çay stəkanından bir az çox maye yağ,
1,5 stəkan qaynar su,
Pul bibər,
İstiot,
Duz

Hazırlanması:
İlk önce 8 dənə kartofu soyaraq yuyun.
Kartofları bir barmaq qalınlığından bir az incə şəkildə halğa-halğa doğrayın.
Küftələri hazırlamaq üçün qiyməni geniş bir kasaya alın.
2 dənə quru soğanı rəndələyin və syunu süzdükdən sonra qiymənizi əlavə edin.
Cəfərini də incə -incə doğrayıb qiyməyə əlavə edin.
Pulbibər, istiot və duzu da əlavə etdikdən sonra gözəlcə yoğurun və küftələrinizi əldə edin.
Halğa şəklində dilimlədiyiniz kartoflardan 1 halqanı əlinizə alın və küftə xərcindən bir parça götürüb üzərinə qoyun.
Digər kartof dilimini də onun üzərinə qoyub təkrar küftə qoyun. Bunu ərzaqlar bitənə qədər belə edin.
Əlinizdəki kartof düzməsini sininin kənarına yan üstə qoyun.
Maye yağımızı kiçik bir tavaya alıb yaxşıca qızdırdıqdan sonra kartofların üzərinə gəzdirərək tökün.
Fırınınızı 200 dərəcə qızdırdıqdan sonra kartofları 10 15 dəqiqə bişirin.
Son olaraq bir kasaya tomatı və qaynar suyu alıb qaşıqla əzip qarışdıraraq sosunuzu hazırlayın.
10-15 dəqiqə sonra fırından çıxartdığınız düzmələrin üzərinə bu sosunuzu gəzdirin və yenidən fırına verin. Kartoflar yumşalana qədər bişirin.
Kartof düzməsi servisə hazırdır.
İsti halda və şəklini pozmadan servis edin.

Nuş olsun!
Etiketlər: sonra, üzərinə, əlavə, qoyun, Yarım, kartof, sosunuzu, halğa, kasaya, qızdırdıqdan, dəqiqə, bişirin, qaynar, küftə, qədər, bibər, gəzdirərək, ərzaqlar, təkrar, qoyub
BİZİ İZLƏYİN