• Ətli badımcan kababı resepti

Reseptin məlumatları Baxış sayı: 7 834

Tarix : 11-03-2019, 12:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 60-120

Nəfər sayı : 2-4


Tərkibi:
500 q yarım yağlı qiymə,
1 yumurta,

Üzəri üçün:
Maye yağ,
Duz,
istiot,
Pul bibər,
2 yemək qaşığı suxarı,
2 ədəd soğan,
1 diş sarımsaq,

Küftə xərci üçün:
6ədət orta boy badımcan

Hazırlanması:
Badımcanları əvvəlcə ocaqda və yaxud da fırında közləyin.
Sonra qabıqlarını soyub bir kənara yığın.
Küftə üçün lazım olan bütün ərzaqları bir qaba alın.
Soğanı soyaraq rəndələyin.
Küftə xərcini yaxşıca yoğurun.
Küftə xərcini yaxşı-yaxşı yoğurmaq lazımdır.
Az yoğurarkən küftələr bişərkən dağılar.
Hazır olan küftə xərcindən bir az alıb strec film üzərinə yayın.
Orta hissəsinə közlənmiş badımcandan birini qoyun.
Strec film yardımıyla küftə xərcini badımcanın üzərinə möhkəm sıxaraq badımcan şəkli verin.
Strec filmdən çıxardığınız küftəni yağlanmış fırın sinisinə düzün.
Üzərinə bir az maye yağ əlavə edin.
Fırını öncədən 200 dərəcəyə qədər qızdırın.
Qızdırmış olduğunuz fırında qiyməli badımcanları bişirin.
Fırın sinisinin bir kənarına soğan, sarımsaq, pomidor da düzə bilərsiniz.
Bunları da küftələrin yanında servis edə bilərsiniz.
Hazır küftələri isti-isti servis edə bilərsiniz.

Nuş olsun!
Etiketlər: Küftə, xərcini, bilərsiniz, yaxşı, fırında, badımcan, Hazır, servis, Strec, üzərinə, sarımsaq, küftə, soğan, yağlanmış, küftəni, çıxardığınız, fırın, düzün, əlavə, Üzərinə
BİZİ İZLƏYİN