• Əli nazik kababı resepti

Reseptin məlumatları Baxış sayı: 18 060

Tarix : 18-12-2014, 13:00

Bölmə : Quru yeməklər / Ət yeməkləri / Kabablar

Mətbəx : Türkiyə mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
3 badımcan
2 pomidor
1 limonun suyu
250 qram çəkilmiş quzu əti
2-3 diş sarımsaq
4-5 cəfəri
4-5 bibər
0,5 kiloqram qatıq
1 qaşıq kərə yağı
Nanə
Duz
Qara bibər
Kəklikotu
Pul bibər

Hazırlanması:
Badımcanları gözləyin, sonra soyub limonlu suya qoyun. Döyülmüş quzu ətinə duz, qara bibər, cəfəri, nanə, kəklikotu və 1 din sarımsağı yaxşıca doğrayaraq əlavə edin. Daha sonra doğranmış ispanağı əlavə edərək yaxşıca yoğurun.

Ətdən qoz böyüklükdə parçalar qopararaq uzun, yastı küftələr hazırlayın və şişə keçirin.
Teflon tavaya yağ tökün, isidin, ət parçalarını orada ahəstə şəkildə qızardın.
Badımcanları incə şəkildə doğrayın, üzərinə sarımsaqlı qatıq töküb qarışdırın.
Bişmiş küftələri badımcanın üzərinə əlavə edin, pomidor və bibərlə bəzəyin. İstəsəniz, pomidor və bibəri də közləyə bilərsiniz.
Kərə yağına pul bibər əlavvə edərək əridin və küftələrin üzərinə tökün.

Nuş olsun!
Etiketlər: bibər, üzərinə, pomidor, əlavə, qatıq, sonra, Badımcanları, şəkildə, cəfəri, edərək, yaxşıca, tökün, sarımsaqlı, doğrayın, isidin, tavaya, parçalarını, orada, töküb
BİZİ İZLƏYİN