• Soya souslu toyuq kababı və göbələk dolması resepti

Reseptin məlumatları Baxış sayı: 15 858

Tarix : 20-12-2014, 11:00

Bölmə : Quru yeməklər / Toyuq yeməkləri / Dolmalar / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
2 toyuq sinəsi
2 xörək qaşığı soya sousu
1-2 çay qaşığı kəklikotu
1 çay qaşığı qara bibər
1 xörək qaşığı əridilmiş yağ
Duz

Dolma üçün:
10-15 göbələk
3 kartof
150 qram incə doğranmış pendir
1 xörək qaşığı kərə yağı
0,5 stəkan süd
Duz
Qara bibər

Hazırlanması:
Toyuq ətini incə doğrayın və bir qaba bütün inqradientləri qoyaraq qarışdırın, soyuducuda 1 saat saxlayın. Sonra toyuq tikələrini şikə keçirin, teflon tava və ya manqalda bişirin. Tavada bişirərkən üzərinə bir qədər yağ tökə bilərsiniz.
Daha sonra göbələk dolmasını hazırlamağa başlayın. Göbələklərin sapını çıxarın, kartofu püre halına gətirərək kərə yağı, süd, pendir, duz və qara bibəri əlavə edərək qarışdırın. Daha sonra bu qarışığı göbələklərin oyuqlarına doldurun.
Sobanı 200 dərəcəyədək qızdırın, qazanı sobaya qoyun və 15-20 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: oyuqlarına, dolmasın, qaşığı, xörək, göbələk, pendir, sonra, bibər, qarışdırın, bişirin, toyuq, halına, kartofu, gətirərək, bibəri, əlavə, çıxarın, sapını, dolmasını, hazırlamağa, başlayın, Göbələklərin
BİZİ İZLƏYİN