Tərkibi:500 qr toyuq filesi (döş əti)
300 qr şampinyon göbələyi
200 qr holland pendiri
2 ədəd soğan
duru yağ
duz
Hazırlanması:1. Göbələklər təmizlənir, xırda doğranılır. 20 dəqiqə qaynar suda qaynadılır və suyu süzülür.
2. Soğan xırda doğranılır və yağda qızardılır.
3. Soğan biraz qızaranda bişmiş göbələkləri əlavə edib soğanla birlikdə biraz qızardırıq. Qızartdıqda zövqə görə duz vurulur.
4. Toyuq filesini çox nazik olmayan hissələrə bölürük, duzlayırıq.
5. Hazırladığımız fileləri duru yağda qızardırıq.
6. Qızardılmış filenin üzərinə soğanlı göbələk doyuruq. Onun da üzərinə holland pendiri dilimi qoyulur.
7. Pendirin əriməsi üçün mikrodalğalı sobada 2 dəqiqə qızdırırıq (adı yapışmayan tavadan da istifadə etmək olar-bunun üçün az istilikdə tavanın qapağını bağlayıb qızdırmaq lazımdı).
8. Süfrəyə verilərkən qarnir kimi düyü, spagetti və ya qızardılmış kartofdan istifadə etmək olar.
Nuş olsun!
Etiketlər: istifadə, etmək, doğranılır, xırda, pendiri, Soğan, üzərinə, qızardırıq, biraz, yağda, holland, dəqiqə, toyuq, dilimi, kartofdan, qoyulur, əriməsi, mikrodalğalı, doyuruq, Pendirin