• Badımcan borucuqları resepti - FOTO RESEPT

Reseptin məlumatları Baxış sayı: 12361

Tarix : 19.02.2016, 14:00

Bölmə : Quru yeməklər, Tərəvəz yeməkləri, Qəlyanaltılar, Foto reseptlər

Mətbəx : Avropa mətbəxi

Hazırlanma vaxtı : 20-30

Nəfər sayı : Yox




Tərkibi:
2 iri badımcan
8 xörək qaşığı bitki yağı
2 xörək qaşığı mayonez
4 diş əzilmış sarımsaq
½ stəkan xırda doğranmış qoz
1 ½ stəkan xırda doğranmış cəfəri və ya keşniş

Hazırlanması:
1. Badımcanları qabıqlarını soymadan ½ santimetr qalınlığında uzunsov dilimlərə kəsın. Asağıdakı 1 üsuldan birini istifadə edərək bacımcanların acısını çıxardın. A) Badımcanı bir qaba yığın və üzərinə təxminən 2 xörək qaşığı duz səpin. Üzərınə ağırlıq (qapaq və ya qab) qoyun və qoyun 30 dəqiqə müddətində kənarda qalsın. Sonra badımcanları yuyun, yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın. B) Badımcan dilimlərini su doldurulmuş dərin bir qaba və ya ləyənə qoyun, üzərınə ağırlıq (qapaq və ya qab) qoyun. 30 dəqəqə müddətində kənarda qalsın. Sonra badımcanları yaxşıca süzün və qalın salfet və ya kağız dəsmalla (paper towel) qurulayın.
2. Tavada yağı qızdırın. Badımcan dilimlərinin hər iki tərəfini təxminən 5 dəqiqə ərzində qızardın. Tavadakı yağ azaldısa, bir qədər yağ əlavə edin. Badımcanları tavadan çıxardın və üzərinə salfet sərilmiş dəyaz qaba yığıb təxminən 5 dəqəqə müddətində yağını süzdürün. VARİASİYA: Badımcan dilimlərini sobada da qızartmaq olar. Bunun üçün folqa kağızını azca zeytun yağıyla yağlayın. Dilimləri folqanın üstünə düzün və üzərlərinə azca zeytun yağı sürtün. 230C-lik sobada təxminən 20-25 dəqiqə və ya üstü qızaranadək bişirin. Bu müddət ərzində dilimləri digər tərəfinə çevirin ki, hər iki tərəf eyni qızarsın.
3. Dilimlər bir az soyuduqdan sonra, hər birinin uzərinə (bir tərəfinə) təxminən 1 çay qaşığı mayonez sürün, bunun da üzərinə əzilmiş sarımsaq, qoz və bol-bol göyəri sərpişdirin. Dilimləri rulet şəlkində qatlayın.

Badımcan borucuqları resepti - FOTO RESEPT

Badımcan borucuqları resepti - FOTO RESEPT

Badımcan borucuqları resepti - FOTO RESEPT


Nuş olsun!
Etiketlər: təxminən, qoyun, qaşığı, Badımcan, müddətində, üzərinə, xörək, dəqiqə, salfet, Dilimləri, sarımsaq, rulet, zeytun, dəqəqə, doğranmış, stəkan, mayonez, qalın, xırda, sobada
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
  • İnformasiya
Qonaq qrupunda olanlar istifadəçilər bu xəbərə şərh əlavə edə bilməz.
BİZİ İZLƏYİN