• Tərəvəzli pizza resepti

Reseptin məlumatları Baxış sayı: 12262

Tarix : 12.10.2015, 19:00

Bölmə : Quru yeməklər, Duzlu xəmir işləri, Pizza, Qəlyanaltılar

Mətbəx : İtalyan mətbəxi

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox




Tərkibi:
4 stəkan yarım (607.5 q) ağ un
1 + dörtdə üç çay qaşığı duz
1 çay qaşığı toz maya
dörtdə bir stəkan (60q) zeytun yağı və ya başqa duru yağ
1 + dörtdə üç stəkan (420q və ya 420ml) soyuq su (4.5° C – buz kimi soyuq olmalıdır)
1 xörək qaşığı şəkər tozu

Hazırlanması:
BİRİNCİ GÜN
1. Bir qabda unu¸duzu və toz mayanı qarışdırın.
2. Üzərinə zeytun yağı, şəkər tozu və soyuq suyu əlavə edin. Ya iri taxta qaşıqla, ya da ki, mikserlə bir qədər yapışqan xəmir əldə edənə kimi qarışdırın. Sonra xəmiri təmiz taxta və ya masanın üzərinə qoyub 5-7 dəqiqə əlinizlə yoğurun. Alınan xəmir çox bərk olmamalı və ələ xoş gəlməlidir. Əgər xəmir çox suludursa, onda ona azacıq un əlavə edin və yenə yoğurun. Yox əgər xəmir çox bərkdirsə, onda ona 1-2 çay qaşığı soyuq su əlavə edin və bir az da yoğurun. Hazır xəmir elastik olmalı və bir qədər ələ yapışmalıdır.
3. Xəmiri 6 eyni kündəyə ayırın. Hər kündəni bir az unlayıb yumrulayın. Kündələri hər tərəfinə bir az zeytun yağı sürtün və ayrı-ayrı selofana (yeyinti üçün nəzərdə tutulan, ingiliscə buna plastic wrap deyilir) bükün. Kündələri bir gecəlik soyuducuya qoyun. Bu xəmir soyuducuda 3 gün ərzində qala bilər.
QEYD: Əgər xəmirin hamısını bir gündə istifadə etmək istəmirsinizsə, onda hər tərəfi yağlanmış kündələri selofana büküb dondurucuya qoyun. Burada xəmir 3 ay müddətində qala bilər. Pizzanı bişirməzdən biz gün əvvəl kündəni buzluqdan soyuducuya keçirin ki, donu açılsın.

İKİNCİ GÜN
4. Pizzanı bişirməyinizdən düz 2 saat əvvəl kündələri soyuducudan çıxardın. Taxta və ya masanı bir az unlayın. Əllərinizi xəfifcə unlayın və kündələrin üstünə basaraq onları yastıladın (qalınlığı 1.3 sm, diametri isə 12.7 sm olmalıdır). Kündələri bir az yağlayın və üzərlərini selofanla örtüb 2 saat müddətinə kənara qoyun.
5. İki saatdan sonra sobanı 260˚C-dək qızdırın.
6. Soba listini tərs çevirin və üstünə təxminən 2 xörək qaşığı un səpin. Kündəni yumruqlarınızın üzərinə yerləşdirib, xəmiri əks istiqamətlərə dartın ki, genişlənsin. Əsl pizza ustaları xəmiri havaya atıb sonra isə yumruqlarıyla tutub dartırlar ki, xəmir genişlənsin. Əgər “yumruqlu” metod sizə çətin görünürsə, onda xəmiri oxlov vasitəsilə açın. Hazır xəmirin diametri 23-30 sm olmalıdır. Açılmış xəmiri çevrilmiş listin üstünə qoyun.
7. İndi isə xəmirin uzərinə istədiyiniz ərzaqdan qoyun. Mənim metodum budur (şəkildə gördüyünüz)
lay 1: 4-5 qaşıq pomidor sousunu xəmirin üzərinə yayın (sousu hazırlamaq üçün ən asan üsullardan biri: doğranmış pomidoru bir az yağda bişirin, sonra isə çəkin ki, püre kimi olsun. Zövqə gərə tavaya döyülmüş sarımsaq da əlavə etmək olar)
lay 2: dilimlənmiş sosis və yaxud kiçik tikələrə bölünmüş bişmiş toyuq əti – BU LAY olsa da olar, olmasa da. Vegetarian versiyası çox ləzzətli olur.
lay 3: yarım-ay şəklində doğranmış baş soğan
lay 4: dilimlənmiş göbələk
lay 5: uzunsov doğranmış yaşil Bolqar bibəri
lay 6: dənəsi çıxardılmış qara zeytun
lay 7: təxminən bir ovuc rəndələnmiş mozarella pendiri (Holland pendiri ilə əvəz etmək olar)
Şəkildə gördüyünüz kimi, ərzaqlardan az-az istifadə olunub, çünki xəmir incədir.
8. Pizzanı qızdırılmiş sobada 5-8 dəqiqə ərzində bişirin. Qalan kündələri də hazırlayıb pizza bişirin.

Nuş olsun!

Etiketlər: pizza, xəmiri, xəmir, üzərinə, qoyun, qaşığı, pizzanın, bişirin, soyuq, zeytun, ləzzətli, xəmirin, əlavə, stəkan, Pizzanı, doğranmış, dörtdə, olmalıdır, üstünə, səhər
Hörmətli Qonaq, siz sayta qeydiyyatsız istifadəçi kimi daxil olmusunuz.
Saytda şərh yazmaq, xəbər göndərmək və eləcə də digər hüquqlardan istifadə edə bilmək üçün QEYDİYYATDAN keçməyinizi məsləhət görürük.
Qalın mətn Maili mətn Vurğulanmış mətn Silinmiş mətn | Sol kənar üzrə düzləşdir Mərkəz üzrə düzləşdir Sağ kənar üzrə düzləşdir | Təbəssümlərin əlavə edilməsi Linkin əlavə edilməsiQorunmuş linkin əlavə edilməsi Rəng seçimi | Gizli mətn Sitatın əlavə edilməsi Seçilmiş mətni kiril əlifbası transliterasiya ilə dəyişdir Spoyler
BİZİ İZLƏYİN