• Yerkökü və göbələkli kartof dolması resepti

Reseptin məlumatları Baxış sayı: 13 530

Tarix : 12-04-2016, 11:00

Bölmə : Quru yeməklər / Tərəvəz yeməkləri

Mətbəx : Yoxdu

Hazırlanma vaxtı : Yox

Nəfər sayı : Yox


Tərkibi:
200 q şampinyon
5 iri kartof
1 yerkökü
1 baş soğan
100 q pendir
100 q mayonez
50 q bitki yağı

Hazırlanması:
Kartofu yuyun, uzununa iki yerə bölün. Bıçaq və çay qaşığının köməyilə içini oyun.
Göbələyi xırda doğrayın.
Yerkökünü sürtgəcin iri gözündən keçirin.
Soğanı xırda doğrayın.
Kartofun oyub çıxardığınız içini də doğrayın.
Pendiri sürtgəcin iri gözündən keçirin.
Qızdırılmış tavaya bitki yağı töküb şampinyonu, yerkökünü, xırdaladığınız kartof içini, soğanı əlavə edin, orta itilikli odda 8-10 dəqiqə qovurun.
Bu qarışığa sürtgəcdən keçirilmiş pendir, mayonez qatıb qarışdırın.
İçi oyulmuş kartofların içini doldurun, yağlanmış siniyə düzün. 180 dərəcə qızdırılmış sobada 40 dəqiqə bişirin.

Nuş olsun!
Etiketlər: içini, doğrayın, dəqiqə, sürtgəcin, gözündən, bitki, pendir, kartof, mayonez, keçirin, xırda, qatıb, qovurun, əlavə, soğanı, itilikli, qarışığa, sürtgəcdən, keçirilmiş, oyulmuş
BİZİ İZLƏYİN